Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Astara rayonunda məhkəmə bir il öncə ölən şəxsə pul cəzası kəsib.



Astara rayonunda məhkəmə bir il öncə ölən şəxsə pul cəzası kəsib.

Astara məhkəməsində pul cəzası kəsilən mərhum Rahim Baladadaş oğlu İmanov ötən il vəfat edib.

Astaranın Şiyəkəran kənd sakini 49 yaşlı R.İmanov balıq ovlayarkən tilovun yüksək gərginlikli elektrik xəttinə toxunması səbəbindən cərəyan vurması nəticəsində ölüb.R. İmanov bu hadisədən bir qədər əvvəl qardaşı Məmməd Baladadaş oğlu İmanova “Amrahbank”-dan kredit götürən zaman zamin durubmuş.

Kredit götürən şəxs ödəniş etmədiyindən bank məhkəməyə müraciət edib.


R.İmanovun yaxınlarının verdiyi məlumata görə, Astara məhkəməsində hakim Mübariz Məmmədovun sədrliyi keçirilən iclasda mərhuma 343 manat pul cəzası kəsilib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10