“26 il əvvəl çox böyük ölçüdə qalib gəldiyimiz Azərbaycana 26 il sonra niyə məğlub olduq? Ordumuzun 80 faizi məhv oldu, dağıldı. Heç bir sirri açıqlamıram. Çünki azərbaycanlılar nə qədər silah, zirehli texnika və s. ələ keçirdiklərini açıq şəkildə deyirlər. Bu isə bu məğlubiyyət deyil, faciədir.
Bu sözləri Ermənistanın sabiq baş naziri Qrant Baqratyan bu gün jurnalistlərə açıqlamasında söyləyib. O, daha sonra deyib ki, “Məğlubiyyətimizin bir çox səbəbləri var. Birinci səhvimiz “Artsax”ın (Dağlıq Qarabağ-red) müstəqilliyini vaxtında tanımamağımız oldu. Bir millət vəkili olaraq bu məsələni iki dəfə qaldırdım. Bir dəfə Zaruhi Postanjyanla birlikdə. Aprel döyüşlərindən sonra tanınma olmadı. 27 sentyabrda müharibə başlayandan 2 saat sonra “Artsax”ın müstəqilliyinin tanınmasına çağırdım. Yenə eşidilmədim. Bir neçə ölkə “Artsax”I tanımaq istədi. Məsələn, Uruqvay və ya Meksika kimi antitürk dövlətlər. İndi də Nikol müstəqilliyi tanımaq üçün cəsarətli deyil.
İkinci səhvimiz, Rusiya əleyhinə düşüncəmizdir. Bu gün Rusiya və ABŞ əks qütblərdədir və bu vəziyyətdə bir-birini tamamlayan siyasət yürütmək imkanları yoxdur. Rusiyapərəst dalğada olmalıyıq. Əks təqdirdə qloballaşma prosesində türklərin yanında durmaq məcburiyyətində qalacağıq.
Üçüncü səhvimiz strategiya idi. İranı çox incitdik və buna görə də müharibə vaxtı mallarımızın daşınmasında çox çətinlik yaşadıq.
Dördüncü səhvimiz isə digər qonşumuz olan Gürcüstanla soyuq münasibətimiz idi.
Beşinci səhvimiz Çinin üzünə “ağ” olmağımız idi. “Mən antitürk ölkəsiyəm”, – deyən Çinin əlindən tutmaq əvəzinə, əyalət təfəkkürlü səfir Tiqran Avinyanın sözləri ilə ÇXR-ə “dirsək” göstərdik.
ABŞ barədə isə danışmaq belə istəmirəm. Baxmayaraq ki, bu ölkələrin Ermənistana qarşı vaxtı ilə çox yaxşı münasibəti olub. Doğrudur, Emmanuel Makron sona qədər bizimlə oldu .Amma bu dəstəyi Almaniyadan görmədik. Hələ Böyük Britaniyanı demirəm. Bu ölkə BMT-nin Təhlükəsizlik Şurasında Qarabağ məsələsinin müzakirəsini veto qoydu.
Bütün bunlar Avropada baş verdi. Avropa isə NATO deməkdir. NATO isə kimin yanında durdu? Türkiyənin…”
Surxay Atakişiyev,
KONKRET.az