Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakının məşhur bazarı köçürülür


“Təzə bazar” daha bu ünvanda fəaliyyət göstərəcək
 
Bakının məşhur “Təzə bazar”ı köçürülür. Cenub.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, artıq bazarın köçürülməsinə başlanılıb.
 
“Təzə bazar”ın köçürüldüyü ərazi isə Dəmir Yolu Vağzalının yaxınlığında yeni tikilmiş yaşayış binasının altında yerləşir.
 
“Təzə bazar”ın əvvəl yerləşdiyi ərazidə nə olacağı isə hələlik bəlli deyil.
 
Qeyd edək ki, 2000-ci ilədək dövlətin mülkiyyətində olan “Təzə Bazar” səhmləşmə yolu ilə özəlləşdirilib. Sonra səhmdar cəmiyyəti ləğv edilib və minoritarlar səhmlərini iri səhmdarlara satıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10