Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Erməni işğalı beynəlxalq hüququ ölü məfhuma çevirmişdi” - Andrea Marcigiliano


İtaliyalı ekspert: “Ruslar, güc tətbiq etmələri lazım olsa belə, erməniləri müqavilələrə hörmət etməyə məcbur edəcəklər
 
İtaliyalı politoloq, beynəlxalq hüquqşünas, “Il Nodo di Gordio” (“Qordi düyünü”) Geosiyasi Araşdırmalar Analitik Mərkəzinin baş tədqiqatçısı Andrea Marcigiliano ayna.az-a özəl müsahibə verib. Beləliklə:
 
- Cənab Marcigiliano, bildiyiniz kimi, Azərbaycan ilə Ermənistan arasındakı müharibə üçtərəfli bir razılaşma ilə sona çatdı və bu müqaviləyə əsasən, Ermənistan daha əvvəl işğal olunmuş bölgələrdən qoşunlarını çıxardır. Azərbaycan Prezidenti İlham Əliyev yeni bir reallığın yaradıldığını və buna görə qərarların yeni vəziyyətə uyğun, sıradan çıxmış Madrid və Kazan prinsiplərinə baxmadan veriləcəyini söylədi. Dövlət başçısı, ayrıca, Qarabağın muxtariyyət statusu olmayacağını da vurğuladı. Sizcə, Ermənistanın məğlubiyyəti, rayonların boşaldılması və diplomatik cəbhədəki uğursuzluq İrəvanda üsyana və nəticədə müharibənin yenidən başlamasına səbəb ola bilərmi?
Il Nodo di Gordio - think tank di geopolitica
- Mənim fikrimcə, belə bir münaqişənin həll edilməsi zamanı beynəlxalq hüququn elə də çox əhəmiyyəti olmur. Əslində, beynəlxalq hüququn fundamental bir anlayış olmaması, Ermənistanın beynəlxalq hüquq normalarına ziddinə Azərbaycan ərazilərini işğal etməsi, qanunsuz olaraq uzun illər bu ərazilərdə nəzarəti əlində saxlaması və Azərbaycan əhalisini qaçqın vəziyyətinə salması vaxtı üzə çıxdı. Ermənistanın təcavüzkarlığını pisləyən bütün BMT qətnamələri həmişə ölü bir sənəd olaraq qalmışdı. Hərbi məğlubiyyət qarşısında İrəvanın hazırkı rəhbərliyinin məsuliyyətinə gəlincə, təslim olmaq daxili proqnozlaşdırılan qarşıdurmaya səbəb olacaq. Bunun ilkin əlamətləri artıq görünür.
 
- Azərbaycan hökuməti Ermənistandan dəymiş ziyana görə 50 milyard dollar tələb ediləcəyini açıqladı. Ancaq bildiyimiz kimi, Ermənistanın heç bu məbləğin onda biri qədər də pulu yoxdur. Beynəlxalq hüquq kifayət qədər pulu olmayan tərəfdən təzminat alınmasını necə tənzimləyir?
 
- Mən beynəlxalq hüquq üzrə vəkil-mütəxəssisəm. Ancaq müharibənin vurduğu ziyanı qiymətləndirmək üçün həqiqətən də vahid qaydaların mövcudluğu qənaətində deyiləm. Tarix çox sadə bir dərs verir: qalib öz qaydalarını diqtə edir. Və qalib gələn, inanın, bunu necə edəcəyini yaxşı bilir. Üstəlik, siyasi sağlam düşüncə bizi məğlub olanlara çox sərt diktatlar tətbiq etməyin və məğlub olan ölkəni pis həddə çatdırmaq lazım olmadığını düşündürür. Axı, bir ölkənin sabitliyini pozmaq hər zaman bütün bölgənin ümumi tarazlığı üçün risk yaradır.
 
- Rus mətbuatı (avia.pro) Ağdam bölgəsindəki rus sülhməramlılarının üçtərəfli razılaşmanın şərtlərini yerinə yetirmək istəməyən erməni separatçıları tərəfindən atəşə tutulduğu barədə məlumat yaydı. Bunu necə qiymətləndirmək olar? Ümidsizliyin göstəricisi, yoxsa ermənilərin fikrincə, onlara “xəyanət edən” Rusiyaya nifrət?
 
- Rusiya Qafqaz böhranına son qoymaq istədiyini açıq şəkildə bildirdi. Artıq Kremlin Ankara ilə münasibətlərdə gərginliyi azaltması lazımdır. Və çətin ki, Kreml erməni ekstremistlərinin üstünlük qazanacağı və Rusiyanın beynəlxalq maraqlarına zərər verəcək bir qarşıdurmanı alovlandırması ilə razılaşsın. Putin Ermənistanla köhnə münasibətlərin Rusiyanın xarici siyasəti üçün ballasta çevrilməsinə dözmək istəmir. Qafqazdakı qeyri-sabitlik vəziyyətinə qayıtmaq Moskvanın strateji maraqlarına cavab vermir. Düşünürəm ki, ruslar öz rollarını çox qətiyyətlə oynayacaq və ermənilər müqavilələrə hörmət etmək məcburiyyətində qalacaqlar. Bunun üçün ruslar güc tətbiq etməli olsalar belə.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10