Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xalq artisti evində huşsuz vəziyyətdə tapıldı


Sevilən aktrisa, xalq artisti Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapılıb.


Cenub.az xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev məlumat verib. O bildirib ki, 2-3 gündür ki, aktrisadan xəbər olmayıb. Tənha yaşayan aktrisa nə çölə çıxır, nə də telefonuna zəng çatırdı. Bu gün  qonşularının və yaxınlarının FHN və polis əməkdaşlarına müraciətindən sonra onlar aktrisanın yaşadığı mənzilin qapısını açmağa müvəffəq olublar. Səfurə İbrahimova  evində yıxılı vəziyyətdə tapılıb.

Hazırda aktrisanın vəziyyəti  yaxşıdır.

Məlumat üçün bildirək ki, aktrisa uzun müddətdir tək yaşayır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10