Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

2 avqust 2017-ci ilÇəpərüstü söhbət


2 avqust 2017-ci ilÇəpərüstü söhbət
- Qıza, deyirlər, Avropaya səfərə getmisən, səfərin necə alındı?

- Düzünə qalsa, heç nə. Desəm, inanmazsan, AzTV bu Avropa haqqında nə deyirmiş düppədüz imiş. Bu Avropa həqiqi mənada batıb-gedirmiş. Burada it yiyəsini tanımır. Sahibsiz itlər isə hətta yiyələrini də qapır.

- Adamın heç inanmağa gəlmir.


- İndi gözümlə gördüyümə də inanmayacam. Burada yaxşı nə var, böyüklər öz adına çıxır, mən demişdim, mən tapşırmışdım. Pis nə var, deyirlər, o məhkəmə, o polis...

- Söhbət mənə çox maraqlı gəldi. Lap xırdalıqları ilə danış, bilək orada nə var, nə yox.

- Bu Avropada insanlar qonşuların, çəpər, xəndək, damcı və sair davalarındakı səsə oyanırlar. Elə səhər gözlərini açan kimi görürsən ki, ya işıq sönüb, ya qaz kəsilib, ya internet itib.

- Eşitdiyimə görə, onların çoxu itlə gəzir.

- Əvvəllər elə idi, indi hərəsi iki-üç it küçüyü saxlayır, kimdən xoşları gəlmir, kim onların pulun sayır, hürdürürlər ona. Hər vəzifə sahibinin özünə uyğun küçüyü var. Axır vaxtlar isə orada aləm elə qatışıb ki, bilmirsən it kimdir, küçük kimdir.

- Deyirlər, orada savada, biliyə çox fikir verirlər. Yəqin, onlarda kadr məsələsi əla olar.

- Sən deyənlər keçmişdə olub. İndi, bacı qurban, birmənalı olaraq , 3-4 nəfəri çıxmaq şərti ilə vəzifəyə şərəfsiz adamları gətirirlər. Təki pulu olsun. Bu şərəfsiz də özündən də şərəfsiniz özünə “saq əl” götürür, sonda cındırdan da cındır adamların köməyinə sığınırlar. Bərkə düşən kimi onları hər cür müdafiə edir, yeri gələndə belələrinin müdafiəsi üçün ən yuxarıdakıların belə yanına xahişə gedirlər.


- Bəs bunlar heç nə narahat etmir?

- Söyüş-möyüş, tənqid filan, bunlar üçün heç nədir. Əksəriyyəti “Söy dədəmi, söyüm dədəni” prinsipi ilə işləyir. Bircə pullarına toxunanda, ayıb olmasın, elə bil yumşaq yerlərinə iynə batırırsan. Həmin vaxt özlərini elə yıxıb tökürlər ki, elə bil əzizlərini gözlərinin qabağında qıyma-qıyma doğrayıb dönər bişirirsən..


- O gözəllikdə Avropada elə bunları öyrənməyə getmişdin? Deyirlər orada qəşəng-qəşəng teatrlar var, bəs onlara baxmadın?

- Qıza, bunlarda teatr-filan çoxdan ləğv olunub . Çünki böyükdən balacaya qədər elə artistlik edirlər, elə rola girirlər ki, əsl aktyorlar bunların yanında heç nə olur.

- Yəqin deyəcəksən, orada ağsaqqal da yoxdur

-Deyəsən, bilə-bilə məni qışqırdırsan. Deyəcəm, inanmayacaqsan. Ağsaqqalaın çoxuna burada

yaltaq saqqal deyirlər. Elə yaltaqsaqqal var ki, deyir, yaltaqlığımla 50 ailə saxlayıram.

- Avropada Məhkəmə adnandır. Bəs bu biabırçılıqları görmürlər?

-Qıza, məhkəmə deyəndə bizimkilərdir. Maşallah, bircə hakimimiz də pula, sərvətə vicdanın satmır, haqqı-nahaqqa vermir. Orda isə biabırçılıqdır, pulun ucuna bir balaca onlara göstərən kimi az qalırlar, qəbirdəkilərin də çıxarıb, onlara peşkəş etsinlər.

-Yəni, bunlarda heç yaxşı iş yoxdur?

-Niyə ki, var. Xalqa, xüsusən məmurlara çox əziyyət verməzlər. Əksər büdcə təşkilatlarının, ərazi nümayəndəsindən tutmuş uşaq bağçalarınadək, hamısının büdcəsin ele təmizləyib, qaranlıq bir bucağa yönəldib, oradan da çırpışdırırlar ki, daha heç kim əziyyət çəkib, smeta tutub, müqavilə bağlayıb, iş görmək zülmünə qatılaşmırlarş

Bir-birinin işinə qarışmazlar-hərənin öz dəllalı, öz fahişəsi, öz yaltaqsaqqalı var. Hamının əvəzinə elə bir-iki nəfər danışır. Amma insanları çox varlıdır – hər kəsin 4-5 banka borcu, hər adamın 3-4 xəstəliyi, hətta işi elə qurublar ki hər adam üçün dərhal 2-3 cinayət işi açmaq olur. Hara gedirsən lallardır. Nə bilim, lal alça, lal ördək və sair. Məsələn, şəhərin baş ajanı 20-30 adamı optavoy söyür, agent adlandırrır, bir nəfərin də cınqırı çıxmır. Bir ağsaqqal, bir ziyalı tapılmır, dillənib desin ki, agentik bizi niyə tutmursunuz, agent deyilik, bu qədər insanı niyə təhqir edirsiniz?

- Eşitdiyimə görə, orada Ərdoğanı çox sevirlər.

- Hə, bildim, nəyə işarə vurursan. Ərdoğanın bir baş nazirə dediyi söz var ha- Siz öldürməyi yaxşı bacarırsınız. Bax, o sözlər burada dillər əzbəridir. Çünki buradakılar da çox savadlı adamlardır. Adamları əzməyi, sındırmağı, şərləməyi, xüsusən məhkəmə yolu ilə torpağını, əmlakını almağını, dağıtmağı yaxşı bacarırlar. Polisdən başçısınadək hamının işlətdiyi sözlər budur- filənkəsi asdıraram. filənkəsi basdıraram, filənkəsi kəsdirərəm, nəslin kəsərəm, filən-bəsməkan. Amma bağa 2 oturacaq, zibil qabı qoymağa duxları çatmır.


- Bəs, bunların televiziyalarının bizimkilərindən əsas fərqi nədir?

- Bunlar əsas TV-ləri QAZtv-dir, burada yalan-palanla, adamları əməlli başlı qazlayırlar. Kim ki çox cəzə-vəzə elədi, belələrinin dərsini PAZtv-də verirlər. Müğənnilər üçün NAZtv, danışığın bilməyənlər üçün QOZtv var. Qısası, oranın işi həngamədir. Keşişi tutub, sonra həyətində kilsə tikirlər, jurnalisti şərləyib, dostlarına ev verirlər.

- İndi bütün bunlardan sonra, fikrin nədir, necə yaşamaq istəyirsə?

- Mən buranı da çikin-bikinə bələd idim, oraya da bələd oldum. Gördüm ki,

danışmağın, nə bilim mübarizənin heç əhəmiyyəti yoxdur. Hərə yaltaqlığına, qorxaqlığına, miskinliyinə bəraət üçün min bəhanə düzəldir. Mən də borc-xərc bir dənə VIZtv-açacam. Dünyanı kefimə almayacam, kim nə danışır-danışsın, dünyanı mən düzəldən deyiləm ki. Başlayacam yaltaqlığa,
 iş verənliyə... 


Zahir


(ardı var)





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10