Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Görüntüləri yayılan azərbaycanlı əsirlərdən hələ də xəbər yoxdur


Əsir götürülən iki azərbaycanlı əsgər Amin Musayev və Bayram Kərimovla bağlı məlumatı olub-olmadığını Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Yerevandakı nümayəndəsi Zara Amatuni açıqlamaqdan imtina edib.
Cenub.az-ın məlumatına görə, qondarma "Dağlıq Qarabağ ombudsmanı" BBC-yə bildirib ki, Amin Musayev və Bayram Kərimov barədə onda məlumat yoxdur, ancaq onlar yaralıdırlarsa, "çox güman ki, Ermənistanda xəstəxanadadırlar".
Xatırladaq ki, iki yaralı əsgərin döyüşlərdən sonra ukraynalı jurnalist Aleksandr Xarçenko və erməni əsgərlər tərəfindən ilkin tibbi yardım göstərildiyini əks etdirən videolar yayılıb. Bunun ardınca isə onlardan birinə maşının içərisində zorakı davranıldığını göstərən video da yayılıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10