Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ermənilər Mehri dəhlizinin açılmasını niyə istəmirlər? - Deputatdan AÇIQLAMA


Türk mətbuatında yayılan məlumata görə, Ermənistan hökuməti Mehri dəhlizinin açılmasına şərait yaradan 9-cu bəndinin ləğv edilməsi üçün Rusiyaya müraciət edib. Onlar bunun müqabilində Füzuli-Şuşa avtomobil yolunun Azərbaycanın istifadəsinə verilməsi təklif ediblər.
Maraqlıdır, Ermənistan Mehri dəhlizinin açılmasına niyə maraqlı deyil?
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov Yenisabah.az-a açıqlamasında bildirib ki, ermənilər təkcə bir bəndlə yox, ümumiyyətlə, heç nə ilə razılaşmaq istəmirlər:
“Bu murdar məxluq toplusuna millət və ya insan demək günahdır, onlar şeytan yığınıdır. “Ölünü özbaşına qoysan, təpikləyib kəfəni yırtar”,-deyə bir məsəl var. Onlar bu gün ölüdür və onları Azərbaycan Ordusu ölü gününə salıb. Onlar Fransa kimi murdar himayədarları ilə çox şeyin iddiasında ola bilərlər. Ancaq sözü bu gün Azərbaycan əsgəri, Ali Baş Komandan deyir. Şərtləri biz diqtə edirik. Cənab Prezidentin də dediyi kimi, Paşinyanın 7 şərti təpəsinə dəysin. Bizim bir şərtimiz var və bu şərtə əsasən, bütün torpaqlarımızı işğaldan azad edəcəyik”.
Siyasətçi vurğulayıb ki, Ermənistanın nə tələb etməsindən asılı olmayaraq Naxçıvandan Azərbaycana dəmiryolu  və avtomobil yolu açılacaq:
“Bu, vacib strateji əhəmiyyət kəs edir və biz buna nail olacağıq. Burada Türkiyə dövlətinin də həm Azərbaycanla bağlı olan, həm də dövləti maraqları var. O dəhlizin açılması həm Naxçıvanı blokadadan çıxarır, həm də Avropa ilə Xəzər dənizi vasitəsilə Asiya birləşir. İkinci İpək yolunun yaradılması məsələsi var ki, bu, hüquqi-iqtisadi baxımdan çox əlverişli məqamdır və biz onu edəcəyik. Çünki biz qalibik və dediyimiz olacaq. Məğlubun dediyi olmayacaq. Məhz bu əlverişli şəraitə görə ermənilər dəhlizin açılmasını istəmir”.
Deputatın sözlərinə görə, ermənilər Naxçıvanın həmişə blokadada qalmasını, özlərinin İranla əlaqələrinin maneəsiz olmasını istəyirlər:
“Azərbaycanın yenə İran, Türkiyə ərazisi vasitəsilə Naxçıvana getməsi üçün çalışırlar. Həm də ortada Türkiyə-Azərbaycan əlaqələrinin daha da asanlaşması məsələsi var ki, bu da onları narahat edir. Ümumiyyətlə, burada iqtisadi, strateji, siyasi və mənəvi maraqlar olduqca güclüdür. Hər şey öz əksini noyabrın 10-u imzalanmış bəyanatda tapır. Ermənilər cığallıq edib bəyanatdakı çox şeydən imtina etmək istəyirlər. Amma onları elə məcbur edə-edə, cənab Prezidentin göstərdiyi dəmir yumruğu təpələrinə vura-vura əllərində bizə aid olan nə varsa, hamısını alacağıq”.
Sayad HƏSƏNLİ







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10