Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Şatırobada QƏTL və digər bəd xəbərlər


Masallı. Şatırobada QƏTL və digər bəd xəbərlər

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Şatroba kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Təyyar Cabir oğlu Quliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq yarası alan T. Quliyev hadisə yerində ölüb.

Hadisənin səbəbləri hələlik məlum deyil.. Yayılan məlumata görə həmin şəxsin meyiti stadiona gedən yola atılıb.

Hələlik əldə dəqiq məlumat olmasa da, yayılan məlumatlara görə öldürələn şəxs içkili olub. Həmçinin belə məlumatlar da dolaşır ki, kənddə qeyri-leqal qanunsuz oyunlar oynalan dükan var, hadisə də orada baş verib.

Son günlər həmin ərazidə Türkoba kəndində narkotiklə tutulan şəxs barədə ilginc məlumat dolaşır. Guya bu kəndin hörmətli şəxslərindən biri Bakıda xeyli miqdarda heroinlə yaxalanıb. Hələ ki rəsmi məlumat yoxdur.

Lənkəranda təzə gəlin döyülərək xəstəxanalıq olub.

Hadisə rayonun Kənarmeşə kəndində baş verib. Belə ki, 25 gün əvvəl ailə qurmuş Bağırova Aytac Hikmət qızı həyat yoldaşı tərəfindən döyülərək ciddi xəsarətlər alıb.

O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. (report).





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10