Muğan bölgəsinin ən böyük ərazilərinddən biri di Masallıdaı Qarğalıq İnzibati dairəsidir. Bu ərazidə Qarğalıq, Kürdəbaz, Dəlləkli, Eminli, Şəhriyar, Qədirli və Xallıcalı kəndlərini əhatə edir. 2 il öncə bu inzibati ərazi dairəsinə Masallı şəhərinin Seybətin dairəsindən başlayaraq müasir standartlara uyğun 10 kilometrdən artıq yol çəkilib. Həmin yol həmin ərazidəki Qarğalıq kəndi ilə yanaşı həmin ərazinin Kürdəbaz, Eminli, Dəlləkli kəndlərini də əhatə edir. Jurnalist-publisist Nəzirmməmməd Zöhrablı isə narahatdır ki, bu ərazi dairəsinə daxil Qədrili və Xallıcallı kəndləri bu layihədən niyə kənarda qalıb?
Nəzrməmməd müəllim xatırladır ki, ata yurdu Qədirlidə 1200-dən artıq əhali yaşayır və 200-dən artıq ev var. Az qala bu kiçik kəndin 2 evindən birindən hazırda Qarabağ savaşında bir oğul iştirak edir.Cəmi 86 nəfər. Yəni, kənd sakinləri çox zəhmətkeş və vətənpərvərdir. Amma bu kənd üçün ən ciddi problemdir bərbad yolun təmiridir Bu ərazi dairəsinə çəkilmiş yeni yoldan Qədirliyə 2, Xallıcallı daxil isə 5 kilometrlik məsafədir.
Bizim ölkə başçısının ölkədəki quruculuq işlərini fərəhlə izləyir və alqışlayırıq. Arzu edirik ki, həmin quruculuğun işığını öz kəndimizdə də hiss edək, 2 kilometrlik yolu zülmlə getməyək.
İnanıram ki, Masallı rayonun icra başçısı Şahin Məmmədov təklifimizə həssaslıqla yanaşacaq.
Nəzirməmməd Zöhrablı
FOTOLARI təqdim edirik: