Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İşğaldan azad edilən ərazilərdə tədris necə bərpa olunacaq? – RƏSMİ CAVAB


Emin Əmrullayev: “Həmin ərazilərdəki məktəblərin bərpası planlı şəkildə olacaq”
 
Təhsil naziri Emin Əmrullayev “ATV Aktual” proqramında işğaldan azad edilən ərazilərdə tədris məsələlərindən danışıb. AYNA-nın xəbərinə görə, nazir deyib ki, işğaldan azad olunan ərazilərdə qayıdış komplekt bərpa tələb edir.
 
“Çünki işğal altında olan ərazilərimizdə infrastruktur tamamilə yerlə-yeksan edilib. Həmin ərazilərdəki məktəblərin bərpası planlı şəkildə olacaq”, - deyə E.Əmrullayev bildirib.
 
Təhsil naziri deyib ki, yaxın gələcəkdə cəbhə bölgəsində yerləşən məktəblərdə tədrisin bərpa edilməsi üzrə işlər aparılır: “Növbəti illərdə məktəblərə aid xüsusi proqramların həyata keçirilməsi reallaşdırılacaq”.
 
“Tarixi qələbədən sonra yeni dərsliklər hazırlanacaq. Burada təhsilin məzmunu bir neçə istiqamətdə dəyişəcək. İlk istiqamət dərsliklərin mahiyyəti və əhval-ruhiyyəsi məsələsidir. Bu günə kimi təhsilimizin, müəllimlərimizin qarşısında duran əsas məsələ ondan ibarət idi ki, hər bir Azərbaycan vətəndaşını torpaqların işğaldan azad edilməsinə hazırlayaq. Bu missiya müəyyən mənada uğurla yerinə yetirilib. Qısa müddətdə ərzində Vətən müharibəsi ilə bağlı materialların məktəblərə çatdırılması planlaşdırılır. Növbəti yarımildə bununla bağlı məzmundə dəyişiklik ediləcək. Dərsliklərdə torpaqlarımızın işğal olunma və işğaldan azad olunma tarixləri və dövlətimizin uğurlarını hər kəsə çatdırmalıyıq”, - deyə nazir vurğulayıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10