Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kəlbəcərdə insan yaşamayıb - Ermənilər dünyaya sübut etdilər ki...


1940-cı ildə Finlandiya ilə müharibədə qalib gələn Sovet Ordusu Vıborq şəhərinə daxil olur.
Vıborq şəhərinin fin sakinləri şəhəri tərk etməyə başlayırlar.
Onların arasında yaşlı bir ər-arvad da var idi. Onlar zəruri əşyalarını, pal-paltarlarını yığıb, hamı kimi ölkənin dərinliklərinə köçmək üçün evdən çıxırlar.
Həyətdə əşyalarını arabaya yükləyib yola düşməzdən qabaq, qadın ərindən iki dəqiqə gözləməyi xahiş edir. Qaça-qaça bağçaya gedib tələm-tələsik bir dəstə gül yığır. Evə qalxıb qonaq otağında stolun üstündəki güldana qoyur, süfrəni əli ilə sığallayıb sahmana salır və çıxır.
“Axı, bu nəyə lazım, biz ki evi birdəfəlik tərk edib gedirik?” – deyə əri soruşur.
Qadın cavab verir: “Bizdən sonra bura başqaları gələcək. İstəyirəm onlar görsün ki, bu evdə İnsanlar yaşayıb.”
***

…Bu gün də Qarabağda köç var.
Azərbaycan Ordusu “Ermənistan” adlanan süni qurumun təcavüzkar quldur dəstəsini darmadağın edib, diz çökdürüb. Dünyanın bəzi “humanist demokratik güclərinin” cidd-cəhdlə himayə etdiyi saxtakar “qədim mədəni erməni xalqının” aşağılıq ünsürləri işğal edilmiş torpaqlardan çıxırlar. Köçha-köçdür.
Ünsürlər köçməzdən qabaq cırıq qaloşlara, sınıq qablara və çirkli unitazlara qədər hər şeyi yığıb-yığışdırıb köhnə “drandulet polutorka” maşınlarla daşıyıb aparırlar.
Və 30 ildir yaşadıqları evlərə, işlədikləri binalara, oxuduqları məktəblərə, bəhrələndikləri ağaclara, şelləndikləri meşələrə od vurub yandırırlar. Suları zəhərləyir, qoyun-quzunu güllələyir, mal-qaranı məhv edirlər…
Onlar dünyaya göstərirlər ki, 30 il buralarda İnsan yaşamayıb!





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10