Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kəlbəcərə yol hansı istiqamətdən olacaq? – Təkliflər


“İşğaldan azad olunan ərazilərimizdə çoxlu sayda yolların yenidən qurulmasına və yeni yolların çəkilməsinə ehtiyac var. Füzuli–Şuşa avtomobil yolunun çəkilməsi həm iqtisadi-siyasi, həm də sosial-mənəvi baxımdan mühüm əhəmiyyət daşıyır”.
Cenub.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, növbəti belə möhtəşəm layihə Kəlbəcər istiqamətində olmalıdır:
"Təəssüf ki, Tərtər-Kəlbəcər yolu sülhməramlıların nəzarəti altında olacaq. Ona görə də şanlı Ordumuzun etibarlı logistikasını təmin etmək, həmçinin mülki əhalinin və dövlət qurumlarının tam maneəsiz istifadəsi üçün Kəlbəcərə gedən Göygöl-Toğana-Kəlbəcər yolu mükəmməl şəkildə yenidən tikilməlidir. Bundan başqa Daşkəsənin Xoşbulaq kəndi istiqamətindən Kəlbəcərin Lev kəndi istiqamətinə yeni yol çəkilməlidir. Eyni zamanda Kəlbəcər-Laçın yolu da mükəmməl yola çevrilməlidir. Bir sözlə, yol çəkənlərimizi ağır, amma şərəfli işlər gözləyir".
Qeyd edək ki, Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verib. Artıq bu yolun inşasına başlanılıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10