2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan gizir Nurlan Əsgərlinin böyük qardaşı İntiqam Əsgərli də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Bu haqda aprel şəhidimizin əsgər Əbdülməcid Axundovun anası Ceyran Axundova məlumat verib.
C.Axundova şəhidimizin bu gün dəfn edildiyini bildirib:
“Nurlan 2016-cı il Şanlı aprel döyüşlərində qəhrəmancasına şəhid oldu. Onda İntiqam da döyüşlərdə iştirak edib. Bu dəfə ikinci Qarabağ savaşında İntiqam da şəhid olub. İntiqam Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Bu gün İntiqam doğulduğu Masallı rayon Kalinovka (indiki Viləş) kəndində böyük izdihamla dəfn edildi. Atası-anası çox pərişandı. İntiqam 2018-ci ildə ailə qurmuşdu. Bir övladı var və ikinci övladı da dünyaya gələcək. Komandanlıq İntiqama Şuşa uğrunda döyüşlərə qatılmamağı tapşırsa da, o, etiraz edib və sona qədər vuruşub”.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!