Müharibələrdən sonra tərəflərin açıqlamaları, etirafları, yazılan xatirələr, memuarlar cəmiyyət tərəfindən həmişə maraqla qarşılanıb və bütün bunlar bir çox qaranlıq mətləblərə aydınlıq gətirib.
Bu günlərdə Ermənistanın hərbi və siyasi rəhbərliyinin, həmçinin qondarma “DQR”-in “prezidenti” Arayik Arutunyanın da etiraf dolu açıqlamaları çox acınacaqlı bir səhnəni xatırladır. Arutunyan son müsahibələrinin birində xalqı necə aldatdığını açıq etiraf edib:
“Biz saxta çəkilişlər paylaşaraq xalqı aldadırdıq. Nəticədə mühasirəyə düşmək təhlükəmiz yarandı. Ona görə də müqaviləyə imza atmalı olduq”.
Xalqı aldatmaq, onun inamından sui-istifadə edərək saxtakarlıqla fərqli bir fikir formalaşdırmaq kimi hallar faşist Almaniyasında da kütləvi şəkil alıb. Eynən Ermənistanda olduğu kimi, saxta çəkilişlər, şəkillər, yalan informasiyalar və aldadıcı təbliğat...
Vermaxtın 227-ci diviziyasının 14-cü rotasının komandiri Erix Platsfqraf öz xatirələrində bu məsələyə geniş ayırıb. Rota komandiri 3-cü reyxin idelogiyasını və təbliğatını lənətləyərək onların hansı saxtakalığa yol verdiyini konkret faktlarla açıqlayıb:
“Mənim müharibə yolum Hollandiyadan, Fransadan və SSRİ-dən keçib. Bu yollarda mən dünyanın ən dəhşətli hadisələrini görmüşəm. Müharibə başlananda mənim 35 yaşım var idi. Dünyanı, həyatı az-çox dərk edirdim. Amma alman əsgər və zabitlərinin törətdikləri əməllər dərkolunmaz idi. Hərbi əməliyyatlardan sonra onların dinc əhaliyə divan tutması, soyğunçuluq və qarət, bütün bunlardan sonra günahsız insanların evlərini, həyətyanı təsərrüfatlarını od vurub yandırmaq ağılasığmaz bir vəhşilik idi. Kəndlər bütövlükdə yandırılırdı, panikaya, qorxuya düşən dinc əhali pulemyotlarla məhv edilirdi.
Kiyev ətrafında gedən döyüşlərdə Vermaxt qoşunlarının amansızlığını sözlə ifadə etmək mümkün deyil. Dinc əhali arasında öldürülənlərin sayı o qədər çox olurdu ki, yaşayış məntəqələrini meyitlərdən təmizləmək problemə çevrilirdi. “Təmizləmə” işindən əvvəl Vermaxtın operatorları və fotoqrafları vəhşiliklə öldürülmüş mülki insanların cəsədlərini çəkirdilər. Sonra onlar qısa film və şəkillər kimi tirajlanaraq Almaniyada kütləvi nümayişə buraxılırdı və sovet ordusunun döyüşçülərinin qəddarlığı kimi təqdim olunurdu.
Bu işə yüksək vəzifəli hərbçilər xüsusi vaxt ayırırdılar. Qomel ətrafındakı döyüşlərdən sonra divizya komandirinin əmri ilə meyitləri tanınmaz vəziyyətə salınan 28 nəfər mülki şəxsə alman əsgərinin forması geyindirilərək şəkilləri çəkildi. Həmin şəkillər bir neçə gündən sonra Almaniya mətbuatında birinci səhifələrdə dərc olunaraq, altında “SSRİ və onun ordusu bu vəhşiliyə görə yer kürəsindən silinməlidir” yazıldı. Bu cür saxtakarlıqlara təbliğat naziri Göbbels böyük həvəslə başçılıq edirdi...”
Erix Platsfqrafın xatirələrində dinc əhalinin kütləvi qırğınlarının necə təşkil olunması da yer alıb. Rota komandiri qeyd edib ki, eyni zamanda yüzlərlə, minlərlə insanı məhv etmək üçün Vermaxt generalları yeni metodlar axtarıblar:
“Fransanın işğalından sonra Vermaxt rəhbərliyində özünəgüvən daha da artmışdı. Biz SSRİ-yə hücum edəndə xidmət etdiyim divizyanın komandanlığına tez-tez məxfi tapşırıqlar gəlirdi. Bunların bir qismi yaşayış məntəqələrinin dağıdılması və kütləvi insan qırğınları ilə bağlı idi. Adolf Hitlerin göstərişi ilə ən “rahat” insan qırğını yaşayış məntəqələrindəki su anbarlarına zəhərli maddələrin qatılması idi.
Ən dəhşətli fakt isə odur ki, əlində dolu su vedrəsi, doğranmış odun olan alman əsgərlərinin şəkillərini çəkərək qəzetlərdə dərc edirdilər və altından yazırdılar ki, alman əsgərləri hərbi əməliyyatlardan sonra rus kəndlərində onlara güllə atan sovet əsgərinin ailələrinə kömək edir...”
Almaniya özünü dünyaya belə təqdim edib. Bununla yanaşı, öz əhalisində rəqibə qarşı nifrəti də belə saxtakarlıqla aşılayıb.
Faşizm cərəyanının idelogiyası, təbliğatı həmişə, hər yerdə eyni olub. Vaxtilə Almaniyada, İtaliyada olduğu kimi hazırda Ermənistanda eyni ideologiya hökm sürməkdədir.
Hələ bundan sonra paşinyanların, arutunyanların çox etiraflarını eşidəcəyik. O cümlədən aldanmış sıravi ermənilər də çox şeyləri dərk edəcəklər. Bu isə Ermənistan rəhbərliyinə yaxşı heç nə vəd etmir.
Azərbaycanın işğal olunmuş Qarabağ torpaqlarındakı evlərdən unitazını qucaqlayıb çıxan, qəbirdən meyitlərini çıxaran ermənilər Ermənistana sakitliklə qədəm qoymayacaqlar. Sözsüz ki, Ermənistan rəhbərliyi tərəfindən aldadılmış, bütün hüquqları pozulmuş bu məzlum insanları İrəvanda heç kim gül-çiçəklə qarşılamayacaq, onlara qucaq açmayacaq. Belə olan halda isə özlərinə yer tapmayan bu məzlumlar öz unitazları və meyitləri ilə İrəvanın baş meydanını məkan seçəcəklər. Onsuz da aurası ağır olan Ermənistanı yenidən üfunət basacaq...
İlham Cəmiloğlu, Musavat.com