Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Ermənistanda humanitar faciə yaranıb" - Armen Sarkisyan



Ermənistan prezidenti: "Qanundan və qanunilikdən hər hansı sapma, hər hansı pozuntu qəbuledilməz və bağışlanılmazdır"
 
Ermənistan prezidenti Armen Sarkisyan ölkədə ağır iqtisadi vəziyyətin olduğunu etiraf edib. Bu barədə Cenub.az “Report”a istinadən xəbər verir.
 
"Yaralı iqtisadiyyat böyük sosial problemlərlə yüklənib”, - deyə prezident qeyd edib.
 
Armen Sarkisyan bildirib ki, Dağlıq Qarabağdan Ermənistana köçənlərin böyük axını nəticəsində ölkədə humanitar faciə baş verib. Koronavirus pandemiyası ilə bağlı ağır vəziyyət paralellik təşkil edir.
 
Ermənistan prezidenti həmçinin əlavə edib ki, müharibəni uduzmaq olar, amma millət kimi uduzmaq yolverilməzdir.
 
A.Sarkisyan eləcə də xüsusən ölkənin hüquq-mühafizə sistemini qanun çərçivəsində hərəkət etməyə çağırdı.
 
"Hüquq-mühafizə orqanlarına müraciət edirəm - bu gün sizin qarşınızda ölkədə asayişi təmin etmək, güclü, qətiyyətli olmaq kimi böyük məsuliyyət dayanır. Qanundan və qanunilikdən hər hansı sapma, hər hansı pozuntu qəbuledilməz və bağışlanılmazdır. Sizi qanuna riayət etməyə və qanuniliyi qorumağa çağırıram", - o deyib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10