Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Diri döyüşçüləri də dəyərləndirək


Şəhidlərimiz, yaralılarımız haqqında ardıcıl yazılar paylaşılır. Çox gözəl. Lakin şəhid olmamış, yaralanmamış, hər gün güllə yağışı altda igidlik göstərən döyüşçülərimiz də var. Gözləyək ki, onlar yaralansın, yaxud, iraq-iraq şəhid olsun, sonra yazaq?


Onlardan biri də Masallı Rayonu Ərkivan qəsəbəsinin Bədirli məhəlləsindən olan, qəsəbədəki 2 saylı məktəbin müəllimi Mənsimov Həmid Həbib oğludur.

2-ci Vətən müharibəsi başlayan günün səhəri 1 övladını valideynlərinə əmanət edib könüllü olaraq döyüş bölgəsinə yollandı. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının azad olunmasında ölümlə üz-üz çoxlu qəhrəmanlıq göstərib. Artilleriya zabitidir. Baş leytenantdır. Hələ döyüşə gedən ilk günlərində evə etdiyi telefon zəngində deyirdi ki, Şuşaya bayraq sancın qayıdacağam.

Bu gün qəhrəman zabitimizin 43 yaşı tamam olur.

Onu ürəkdən təbrik edək və qəhrəman zabitimizlə geniş söhbəti sağ-salamat evinə qayıdan zamana saxlayaq. Necə deyərlər, sağlığında yaxşı deyək yaxşılara.

Gülnar. Cenub.az







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10