Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bu gün yırtıcıların əlində olan ölkəni…” – Petrosyandan sərt bəyanat



““Erməninin sorakı ağlı” mənasında deyimdən böyük yalan yoxdur, əks halda erməni xalqı 1915-ci ildəki faciədən və tarixi vətənlərini itirəndən sonra yeni faciələr yaşamazdı”.

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın bəyanatında belə deyilir. Bəyanatda həmçinin bildirilir: “Təəssüf ki, axırıncı bəladan sonra belə yaşanan hadisələr və onlara verilən reaksiyalar göstərdi ki, biz “erməninin sonrakı ağlı” xəstəliyindən yaxa qurtara bilməyəcəyik.
Həm Ermənistanda, həm də diasporada hansı fikirlərin səsləndirildiyini izləmək kifayətdir. İstər Nikolun tərəfdarları, istərsə də əleyhdarları bu bəladan sonra da “bir qarış da olsun torpaq yox” tezisindən əl çəkməyərək “erməninin sonrakı ağlının” sağalmaz bir xəstəlik olduğunu bir daha sübut etdilər.
Bizim nəsil bu fenomenin yetkin xalqlar arasında təzahür etməsinin bir sıra nümunələrinin şahidi olub. Bu barədə 2007-ci ildəki çıxışlarımın birində danışmışam. Düşünürəm ki, təkrarlamamaq üçün aşağıdakı sitat kifayətdir: “Bir çox millətlər və dövlətlər fərqli şəraitdə və fərqli səbəblərlə milli fəlakətlə qarşılaşıblar. Ermənilər və yəhudilər soyqırımına məruz qalıblar. Sarsıdıcı məğlubiyyətdən sonra Almaniya və Yaponiya tamamilə məhv edildi. Osmanlı Türkiyəsi, Böyük Britaniya və Rusiya güclü imperatorluqlarını itirdilər. Onların hər biri faciələrini bənzərsiz hesab edir. Lakin, milli faciəni yaşamış demək olar ki, bütün xalqlar və dövlətlər həmin faciəni ümidsizlik yox, güclənmək amilinə çevirdilər. Təkcə tarixi komplekslərdən qurtulmaq üçün yox, eyni zamanda yenidən doğulmaq və dünyanın ən firavan ölkələrindən biri olmaq üçün özlərində güc tapdılar. Daim kədərlənmək, dünyadan şikayətlənmək və ədalət istəmək əvəzinə bu xalqlardan nümunə götürməyimizə nə mane olur? Qurban psixologiyasına qalib gəlməyincə, keçmişin komplekslərindən qurtulmayınca, gələcəyə baxmayınca  müasir və yaşamağa qabil xalq ola bilməyəcəyik. Bu psixologiyanı aradan qaldırmanın yeganə yolu bu gün yırtıcıların əlində olan ölkəni-Ermənistanı inkişaf etdirmək və gücləndirməkdir".





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10