
Cenub.az xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısına toplaşan insanlar "Qarabağ Azərbaycandır" şüarı səsləndirib, qələbə mahnıları ifa ediblər.
Hazırda əksəriyyəti Kəlbəcər rayonunun sakinləri olan əraziyə yığışan vətəndaşların bir qismi avtomobillərlə Şəhidlər Xiyabanına doğru qələbə yürüşü edirlər.
Mərkəzin qarşsında isə bayram ab-havası davam edir.
Musavat.com-un əməkdaşlarının izdihamlı yürüşdən etdikləri canlı yayını təqdim edirik:
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatın 6-cı bəndinə əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu bu gün Azərbaycana qaytarır.
İlkin Muradov,
Alim Liftiyev,
Musavat.com



Bizim Telegram kanalımıza abunə olun