Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Arutyunyandan şok etiraf: Saxta çəkilişlər paylaşdıq...


Keçmiş qondarma “dqr”in separatçı-terrorçu başçısı Araik Arutyunyan etiraf dolu açıqlama verib.

Erməni mediası xəbər verir ki, Araik aşağıdakıları bildirib:
“Torpaqları kim satdı? Biz xalq olaraq bunu bir yerdə etdik, 18-20 yaşlı uşaqlarımızı satdıq. Biz bir yerdə satdıq”.
Arutyunyan bildirib ki, biz saxta çəkilişlər paylaşaraq xalqı aldadırdıq. Nəticədə mühasirəyə düşmək təhlükəmiz yarandı. Ona görə də müqaviləyə imza atmalı olduq.
Azərbaycanın Qarabağ bölgəsini tərk etmiş ermənilərə müraciət edən Araik Arutyunyan deyib ki, onlar İrəvanda keçirilən etiraz aksiyalarına qoşulmasınlar:
”Siyasi intriqalara qoşulmayın”.
O vurğulayıb ki, ermənilərə müharibədə qələbə çalmaq üçün 80-100 min nəfər döyüşçü lazım imiş. Ancaq onlar bu qədər döyüşçü toplaya bilməyiblər.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10