Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi işdən çıxarılıb



Mirqafar Seyidov vəzifəsindən azad edilib
 
Daxili İşlər Nazirliyində (DİN) kadr dəyişikliyi olub. Cenub.az xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.
 
V.Eyvazovun digər əmri ilə o, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.
 
Bakı Şəhər Baş Polis İdarəsinə hələlik rəis təyinatı olmayıb.
 
Qeyd edək ki, M.Seyidova 2009-cu ildə polis general-mayoru ali xüsusi rütbəsi verilib.
 
O, 2014-cü ilin noyabr ayında Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10