Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xankəndi tamamilə boşalıb, erməni hərbçilər belə yoxdur - FOTOLAR


Xankəndidə artıq hərbi texnika və erməni əsgərlər hərəkət etmir
 
“RİA Novosti” Azərbaycanın işğal altında olan Xankəndi şəhərindən fotolar yayıb.
 
Cenub.az xəbər verir ki, agentlik öz telegram kanalında şəhərin tamamilə boş olduğunu əks etdirən görüntüləri yayımlayıb.
 
Qeyd olunub ki, Xankəndidə artıq hərbi texnika və erməni əsgərlər hərəkət etmir.
 
Xatırladaq ki, özünü Xankəndinin “mer”i kimi təqdim edən David Sarkisyan noyabrın 5 -də “Sputnik Ermənistan”a açıqlamasında bildirmişdi ki, sentyabrın 27-də Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayana qədər şəhərdə 56 min sakin yaşayıb, müharibə dönəmində isə bu rəqəm 17 min təşkil edib: “İndi Xankəndi sakinlərinin əksəriyyəti Ermənistana köçüb, əhalinin təxminən 30% -i şəhərdə qalır”.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10