Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cənub bölgəsində yeni sayt yaradılır




WWW.CENUBMİRVARİSİ.İNFO  adlanan sayt barədə bu layihənin rəhbəri  Samir Axundov məlumat verir

-    WWW.CENUBMİRVARİSİ.İNFO internet saytı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və İntellekt Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Cənub bölgəsinin mədəniyyət və turizm istiqamətində tanıtım veb səhifəsinin yaradılması” adlı layihə çərçivəsində hazırlanmışdır. 
-    Layihə Azərbaycanın cənub bölgəsi sayılan və 6 rayonu özündə cəmləyən, eləcə də mədəniyyət, turizm, milli folkloru ilə xüsusi seçilən Lənkəran, Lerik, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarını əhatə edəcəkdir. 
-    Sayt xüsusilə bu bölgəyə müxtəlif məqsədlər üçün səfər etmək istəyən, onun tarixi yerlərini, mədəniyyətini, maddi-qeyri maddi irsini tanımaq istəyənlər və ya sadəcə bu bölgə haqqında məlumatlı almaq istəyənlər üçün məlumat mənbəyi rolunu oynayacaqdır. Web saytdan dünyanın hər bir yerindən istənilən şəxs istədiyi zaman istifadə edə biləcəkdir. 
Saytın yaradılmasında məqsəd cənub bölgəsində yerləşən 6 rayonun Mədəniyyət və Turizm sahəsində tanıtımını həyata keçirməklə bölgənin mədəniyyətinin inkişafına dəstək olmaq, eləcə də onun sosial, mədəni və iqtisadi potensialını artırmaqdır. 
Layihənin ümumi büdcəsi 5000 manatdır və 3 aylıq bir müddət ərzində hazırlanmışdır. 
Sayt layihə bitdikdən sonra mütəmadi olaraq yeni məlumatlar (sayta xarici dil kimi ingilis dilinin əlavə edilməsi, yeni foto şəkillər, turizm oriyentasiyalı məlumatlar, yaradılan rekreasiya mərkəzləri və s.) əsasında müasir dövrün tələblərinə uyğunlaşdırılacaqdır.
Sizi saytımızla sıx əməkdaşlığa dəvət edirrik. Hər hansı maraqlı təklifləriniz olarsa, çox şad olarıq.
 Hazırladı: Nigar






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10