Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Fəxrəddin Abbasov həbsxanada intihar edib


O, dövlətə xəyanətdə təqsirləndirilərək 16 il həbs cəzası almışdı
 
Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasov saxlanıldığı cəzaçəkmə müəssisəsində intihar edib. AYNA-nın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, onun saxlandığı Qobustan həbsxanasında intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə) çatdırma maddəsi ilə cinayət işi başlanılıb.
 
F.Abbasov Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları ilə əlaqədə ittiham olunaraq, 16 il müddətinə azadlıqdan məhrum edilib.
 
F.Abbasov 2019-cu ilin fevralında Rusiyada saxlanılaraq Bakıya gətirilib və ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb.
 
2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın müvafiq qurumlarına müraciət etsə də, vətəndaşlıq ala bilməyib. Uzun müddət Rusiyada yaşayan F.Abbasov haqqında ötən ilin fevralında deportasiya qərarı çıxarılıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10