Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Ola bilər ki, erməni sakinləri tarixən yaşadıqları Qarabağdan birdəfəlik gedə bilərlər" - Markarov


“Ermənistan, Rusiya və Azərbaycan liderləri arasında imzalanan Qarabağla bağlı bəyanat olduqca sərt bir sənəddir. Ona görə də bu sənədin imzalanması cəmiyyətin əksəriyyəti üçün gözlənilməz olub”.
Bu fikirləri MDB Ölkələri İnstitutunun Erməni bölməsinin direktoru, politoloq Aleksandr Markarov bildirib.
O daha sonra bunları bildirib:
“Artsaxın (Dağlıq Qarabağın – red) müstəqilliyinin tanınması ümidi olduqca tez itdi, çünki Rusiya sülhməramlıları bölgəyə gətirildikdən sonra bu mövzu qapadıldı. Bu baxımdan müqavilə kifayət qədər cəlbedicidir, baxmayaraq ki, uzun müddətdir ki, “status müqabilində ərazi” rasional bir həll variantı deyildi. Sülhməramlı qüvvələrin varlığı ilə Ermənistan Qarabağla minimal əlaqə zəmanəti ala bildi.
Onun sözlərinə görə, sualı müzakirə etmək lazım gələcək: “DQR”-i nə gözləyir? Ermənilər Laçın dəhlizi ilə Ermənistanla əlaqəli bir anklavda yaşamağa hazırdırlarmı? Və ya tamamilə fərqli proseslər başlayacaq? Ola bilər ki, bütün bunların nəticəsində erməni sakinləri tarixən yaşadıqları Qarabağdan bir dəfəlik gedə bilərlər.

konkret.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10