Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yeni Saziş bizə nə verdi? - ŞƏRH


Qarabağ münaqişəsinin birdəfəlik həlli ilə əlaqədar olaraq hərb meydanındakı qələbələrimiz siyasi masadakı uğurlarımızla davam edib. 
Nəticədə mənfur Ermənistan təslimçi sazişə imza atmağa məcbur qalıb. Sazişdən çıxan bəzi nəticələri dostumuz Fərid Qurbanlı çoxşaxəli analiz edib və ilginc tezislər ortaya çıxıb. Maraqlı olduğunu və bəzi kritik suallara cavab tapıldığını nəzərə alıb, Sizinlə də paylaşıram:
Ağdərə rayonu hələ 1991-ci ildə xüsusi qərarla ləğv edilərək ərazisi Kəlbəcər, Ağdam və Tərtər rayonları arasında bölüşdürülmüşdü. Belə olan halda, Kəlbəcər və Ağdamın müharibəsiz qayıtması Ağdərə ərazisində Ermənilərin yaşamayacağı anlamına gəlir.
Eyni qaydada 1991-ci ildə Əsgəran rayonu da ləğv edilərək ərazisi Ağdam rayonuna birləşdirilib. Bu da o deməkdir ki, Ağdam rayonunun müharibəsiz qayıtması ermənilərin Əsgəranda da yaşamayacağı deməkdir.
Hazırkı vəziyyətdə Xocavənd rayonunun böyük hissəsi Ordumuzun nəzarətindədir, başda Hadrut (Ağoğlan) qəsəbəsi olmaq şərtilə. Bu da o deməkdir ki, güc yolu ilə azad edilmiş Xocavənd rayonunun böyük bir hissəsində ermənilərin yaşayacağı az ehtimal olunur.
Xocalı rayonunun (Qəsəbə) bir hissəsi Ordumuz tərəfindən azad edilib, başda Daşaltı kəndi olmaqla. Bu ərazilər də güc yolu ilə geri alındığı üçün orada erməni yaşaya bilməz.
Ermənilər üçün yaşaya biləcəkləri çox kiçik ərazi qalır ki, bu da Xankəndi şəhəri, Xocalı rayonunun (Qəsəbə) bir hissəsi və Xocavənd rayonunun çox az bir hissəsidir. Xocalı Faciəsini yaşatmış bir xalqın nümayəndəsinin Xocalıların ora qayıdışından sonra orada qalacağı heç də inandırıcı görünmür. Belə olan halda isə Xocavənddə yaşayan ermənilər blokadaya düşəcəklərinə görə, heç inanmağım gəlmir ki, onlar orada qala, bu da o deməkdir ki, bu ərazi daha da qısalacaq.
Qalır yerdə Xankəndi şəhəri. Əsas məsələ də məhz budur. Ermənilər Azərbaycan vətəndaşlığını qəbul etdiyindən Azərbaycan dilində danışmağa məcbur ediləcək və təhsil Azərbaycan dilində aparılacaq. Bu cür düşünməyimə əsas var. Çünki Prezident qətiyyətlə muxtariyyətin, xüsusi statusun olmayacağını vurğuladı. Belə olan halda, ermənilər yalnız öz aralarında ermənicə danışa bilər. Fikrimcə, bu, onlar üçün alçaldıcı olacaq və mənfur qonşularımız bunu qəbul edən deyillər.
Beləcə olacaqları düşünsək, heç inandırıcı deyil ki, Qarabağda nə zamansa erməni yaşaya!!!
Dövlətimiz bu Sazişlə qazanan tərəf oldu. Xatırladım ki, 2012-ci ildə Qəbələ RLS-dən rusları biz çıxarmışıq. Sazişdə də qeyd edilib ki, Sülhməramlılar 5 il müddətinə Qarabağ sərhədlərində (Qarabağ ərazisində deyil) və Laçın dəhlizinin 5 km ərazisində, yəni ki, NEYTRAL ZONADA yerləşdirilir. 5 km-lik bufer ərazi Qarabağ deyil, Qarabağla Ermənistan arasında yerləşən neytral zonada (Laçın dəhlizində) təhlükəsizlik baxımından yerləşdirilir. Bu o deməkdirki, 5 ilin tamamında sülhməramlılar Qəbələ RLS-dən yola salındığı kimi Dəhlizdən də yola salınacaq…
Rus əsgərinin Qarabağda olmasından narahat olanlar Prezidentin dünyanın məşhur jurnalistləri üçün verdiyi sonuncu müsahibəyə diqqətlə qulaq assınlar. Prezident orada qeyd edir: Bizim bir neçə il öncə Türkiyə ilə bağladığımız gizli müqavilə var. Bunu xalqıma bəyan edirəm, qoy bunu xalqım da bilsin. Biz olası təhlükələrə qarşı, legitim ərazilərimizə kənar müdaxilələrə qarşı Türkiyə ilə, Ermənistanla Rusiya arasında olan KTMT öhdəliyinə bənzər bir müqavilə bağlamışıq. Hazırda döyüşlərə üçüncü bir dövlət müdaxilə edərsə və ya Azərbaycan ərazilərinə təhlükə yaranarsa, bu zaman Türkiyə əsgəri xüsusi icazələr olmadan torpağlarımıza daxil ola və suveren ərazilərimizin  bütövlüyünü qoruya bilər!!!”.
Göründüyü kimi, dövlətimiz hər bir detalı milli maraqlarımız çərçivəsində ən son nöqtəsinə kimi fikirləşərək bütün bu addımları atıb. Biz sözügedən Saziş ilə həm Qarabağı, həm uzun illərdir blokadada qalan Naxçıvana yeni kommunikasiya koridoru və eyni zamanda 90-cı illərdə işğal olunmuş Qazaxın 7 kəndini geri qaytarmış olacağıq.

konkret.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10