Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Aztəminatlı ailələrdən olan məktəbli qızlar üçün maarifləndirici və sosial dəstək tədbirləri təşkil edilib.


“Ümidim Sənsən” Sosial İnkişafa Yardım ictimai birliyi

Ünvan:  Masallı şəhəri, R.Abbasov küçəsi, ev 84

E-mail: [email protected]

Web: www.umidimsensen.az

Tel:+994 51 833 09 86


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə Masallı rayonunda fəaliyyət göstərən “Ümidim Sənsən”  Sosial İnkişafa Yardım ictimai birliyi "Aztəminatlı ailələr arasında "Erkən nikah çarə deyil!" adlı fərdi maarifləndirmə işinin aparılması və sosial dəstəyin göstərilməsi" adlı layihə çərçivəsində maarifləndirici və sosial tədbirləri yekunlaşdırıb. 

Birliyin sədri Fidan Abbaslı qeyd edib ki, haqqında bəhs edilən layihə üzrə tədbirlər nəzərdə tutulan bütün parametrlərə uyğun şəkildə uğurla icra edib. 

Ölkəmizdə, eləcə də Masallı rayonunda  geniş yayılan COVİD-19 xəstəliyi nəzərə alınaraq layihənin əsas hədəfləri saxalanmaqla bir sıra detalları pandemiya şəraitinə uyğunlaşdırılıb. Keçirilən fərdi görüşlərdə sanitar gigiyenik və epidemoloji vəziyyət nəzərə alınmışdır.

Masallı rayonunda hədəf kimi seçilmiş 5 fərqli  istiqaməti üzrə - Ərkivan qəsəbəsi, Hışkədərə, Bədəlan, Çaxırlı, Qızılağac kəndlərinin hər birində erkən nikahla bağlı risk qrupuna daxil olan 4 ailə olmaqla cəmi 20 nəfər aztəminatlı ailələrdən olan məktəbli qızlar üçün məktəb geyimləri (kofta, ətək, kalqotka, corab, ayaqqabı və s), o cümlədən məktəb ləvazimatları ilə yanaşı, məktəbli çantaları layihə çərçivəsində alınaraq onlara təqdim edilib. Eyni zamanda həmin məktəbli qızlar və onların valideynləri üçün fərdi maarifləndirmə tədbirləri təşkil edilib. Fərdi maarifləndirmə tədbirlərində təcrübəli ekspert, ABŞ, Polşa, Gürcüstan və digər ölkələrdə, eləcə də Azərbaycanın aparıcı QHT-lərinin  tədbirlərində bu sahədə təcrübə qazanmış, erkən nikahlarla bağlı bir neçə yazı müsabiqənin qalibi olmuş tanınmış jurnalist Zahir Əmənov iştirak edib və mövzu ətrafında məktəbli qızlar və valideyinlərinə erkən nikahla bağlı bir sıra məsləhətlər verib, müzakirələr aparıb. Tədbirlər keçirilən zaman erkən nikahın fəsadları konkret detalları ilə diqqətə çatdırılıb. Valideynlərə və tədbirə qatılan məktəbli qızlara tovsiyyə edilib ki, öyrəndiklərini və bildiklərini ətrafındakı insanlara da çatdırsınlar. Həmçinin tədbir zamanı istedadlı məktəbli qızlar müəyyənləşib, onların müxtəlif kurslara cəlb olunmasına köməklik göstərilib.

Qeyd edim ki, layihənin həyata keçirilməsində məqsəd vətəndaş məsuliyyətini artırmaqla "Erkən nikah" və onun cəmiyyətdə yaratdığı problemləri minimuma endirmək, eyni zamanda aztəminatlı ailələrdən olan qız övladlarının təhsil almasına marağının artırılmasına dəstək olmaqdan ibarətdir.


Hörmətlə,


Birliyin Mətbuat Xidməti














Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10