Hakimiyyətə gəldikdən, Kremldə mövqelərini möhkəmləndirdikdən sonra Nikita Xruşovun əsas fəalliyyət istiqamətlərindən biri İosif Stalinin adını tarixdən silmək olub. O, bununla bağlı gizli “tədbirlər planı” da hazırlayıb. Şəxsiyyətə pərəstiş məsələsini qaldırmaq, Stalinin nəşini Mavzoleydən çıxarmaq, onun adını daşıdığı şəhərlərdən və digər yaşayış məntəqələrindən götürmək və s. kimi işlər görüləcək tədbirlərin tərkib hissəsi olub. Sözsüz ki, hakimiyyətinin ilk illərində Xruşov bu tədbirləri həyata keçirmək üçün özündə cəsarət tapmayıb. Çünki Stalin komandasının məmurları, sərkərdərləri hələ də ölkənin siyasi və hərbi elitasında təmsil olunurdular.
Stalinqrad vilayətinin və şəhərinin adının dəyişdirilməsi də Xruşovun planlarında əsas yer tutub. Məlum olduğu kimi SSRİ şəhərlərinin arasında Stalinqrad dünyada daha məşhur olub. Belə ki, Stalinqrad döyüşləri II dünya müharibəsinin gedişatını dəyişdiyindən bu şəhər daha çox tanınıb.
Qeyd edək ki, 1925-ci ilə qədər Stalinqradın adı Tsaritsino olub. Vətəndaş müharibəsi zamanı Stalinin bu şəhərdəki xidmətləri və fəaliyyəti nəzərə alınaraq onun adı dəyişdirilərək Stalinqrad adlandırılıb.
Xruşov şəhərin adının dəyişdirilməsi məsələsində özünün təşəbbüskar olmasından çəkinib. Elə buna görə də o, məsələnin qaldırılmasını digər şəxslərə həvalə etməyi qərara alıb. Bu məqsədlə Xruşov intellekti və yüksək peşəkar hərbçi olmağı ilə fərqlənən ordu generalı Vasili Çuykovdan istifadə edib. Generalı yanına dəvət edən Xruşov ondan şəhərin adının dəyişdirilməsi ilə bağlı təbliğat aparmağı, hərbi elita arasında fikir formalaşdırmağı xahiş edib. Təbii ki, bunun qarşılığında Çuykov mükafatsız da qalmayıb. General Stalindən ala bilmədiyi marşal rütbəsini Xruşovdan alıb.
Beləliklə, Çuykov köhnə və təzə komanda arasında təbliğat işləri aparmağa başlayıb. Onun görüşmək istədiyi şəxslərdən biri də marşal Georgi Jukov olub. Həmin ərəfədə Jukov bütün vəzifələrindən azad olunsa da, marşalın xalq arasında hədsiz dərəcədə böyük nüfuzu olub. Bu səbəbdən də Çuykov Jukovla görüşməyi zəruri sayıb.
Xruşovun Stalinlə bağlı planları haqqında məmurlar və yüksəkçinli hərbçilər də məlumatlı olublar. O cümlədən marşal Jukov da məsələdən xəbərdar olub.
Çuykov Jukovla onun yaşadığı bağ evində görüşməyi qərarlaşdırıb. Onu giriş qapısında mühafizəçi qarşılayıb. Çuykov gəlişinin məqsədini açıqlayıb:
- Marşal Jukova çatdırın ki, marşal Çuykov onunla görüşmək istəyir.
Mühafizəçi Jukova bu haqda məruzə edəndə marşal qəzəbli səslə cavab verib:
- Gedin ona deyin ki, mən belə marşal tanımıram və tanımaq da istəmirəm. Mən yalnız Stalinin marşallarını tanıyıram...
Bununla da Jukov Çuykovu qəbul etməyib.
Bu haqda Çuykov Xruşova məlumat verəndə baş katib qəzəbini gizlədə bilməyib, amma başqa çıxış yolu da tapmayıb.
Bir müddət Stalinqradın adının dəyişdirilməsi arxa plana keçsə də, 1961-ci ildə Xruşov yenidən bu məsələyə qayıdıb və Stalinqrad partiya komitəsinə göstəriş verərək büro iclasında şəhərin adının dəyişdirilməsi məsələsini müzakirəyə çıxarmağı tələb edib.
Xruşovun bu göstərişi Stalinqradda böyük səs-küyə səbəb olub. 6 noyabr 1961-ci ildə Stalinqrad şəhər partiya komitəsinin iclasında şəhərin adının dəyişdirilməsi məsələsi müzakirəyə çıxarılıb. Daha sonra məsələnin müzakirəsi ictimaiyyətin, müəssisə və təşkilatların ixtiyarına verilib.
1961-ci ilin noyabrın 6-sı, 9-u və 10-da şəhərin müəssisə və təşkilatlarında 472 yığıncaq və mitinq keçirilib. Bu toplantılarda 83 min nəfər iştirak edib, 3 minə yaxın şəxs isə çıxış edərək münasibətini bildirib. Şəhərin adının dəyişdirilməsinə münasibət fərqli olub, əksər şəhər əhalisi Stalinqradın adının dəyişdirilməsinə etirazını bildirib.
Bütün etirazlara, fərqli münasibətlərə baxmayaraq Stalinqrad şəhər partiya komitəsinin bürosu şəhərin adının dəyişdirilməsi ilə bağlı qərar çıxararaq Moskvaya göndərib. Elə həmin gün, 10 noyabr 1961-ci ildə Mərkəzi Komitə Stalinqradın adının dəyişdirilərək Volqoqrad qoyulması haqqında qərar çıxarıb.
Həmçinin Stalinqrad vilayətinin də adı dəyişdirilərək Volqoqrad vilayəti olub. Stalinqrad şəhərinin Stalin rayonunun adı da dəyişdirilərək Mərkəzi rayon adını alıb. Stalin prospekti Lenin prospekti ilə əvəzlənib. Stalinin 24 metr hündürlükdə olan abidəsi də götürülüb. Şəhərdəki Müdafiə Muzeyi bir ay müddətinə bağlanıb və muzeydə Stalinə aid olan bütün eksponatlar çıxarılıb.
Noyabrın 21-də “Stalinqradskaya pravda” qəzetinin növbəti sayı “Volqoqradskaya pravda” adı ilə işıq üzü görüb.
Ən qısa müddətdə şəhərdə Stalinin adı bağlı olan hər şey silinib, pozulub. Hətta Stalinin Tibb İnstitutunun binasının divarındakı barelyefini də söküblər. Bununla da Xruşov öz istədiyinə nail olub.
Qeyd edək ki, Xruşovun hakimiyyətindən sonra Volqoqrada yenidən Stalinqrad adının qaytarılması məsələsi dəfələrlə gündəmə gəlib. Son dəfə bu məsələ bu il, alman faşizmi üzərində qələbənin 75 illiyi ərəfəsində də qaldırılıb. Amma hələ ki təşəbbüskarların istəkləri heç bir müsbət nəticə verməyib.
İlham Cəmiloğlu, Musavat.com