Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xramçixin erməni jurnalistlərinin üzünə dedi: "Ordunuz üçün heç bir perspektiv görmürəm"


Rusiyalı politoloq və hərbi ekspert Aleksandr Xramçıxin “Qraparak” qəzetinə verdiyi müsahibəsində “Şuşa şəhərinin ətrafında döyüşlər gedirsə, onda mən artıq Ermənistan ordusunun perspektivlərini görmürəm” deyib.
Hərbi ekspert qondarma “DQR müdafiə ordusu” və Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələri qarşısında gücsüz olduğunu əlavə edib.
Xramçıxin bildirib ki, erməni tərəfi müharibəni onsuz da uduzub.
“Üstəlik, Qarabağın özü kimi bütün ərazi itirildi, amma yenə də deyirəm, hələ tam bilmirəm”. Ekspert Qarabağın artıq İranla əlaqəsinin kəsildiyini qeyd edib.
Bundan əvvəl Donbass Könüllüləri Birliyinin sədri İqor Strelkov Azərbaycan Ordusunun Şuşa mövzusunda bir dilemma ilə qarşılaşdığını, onu ələ keçirmək üçün böyük itki verəcəyini deyib:
“Burada sual Azərbaycan cəmiyyətinin hansı itkilərə hazır olmasıdır. Bu barədə danışmaq üçün bu cəmiyyətin bir hissəsi olmalısan. Əlavə olaraq, bunun tam qələbə olduğunu düşünürəm. Üstəlik, Laçın dəhlizinin itirilməsi səbəbindən Şuşa və Xankəndi tamamilə təcrid olunub və bu səbəbdən qida, yanacaq və döyüş sursatı tükənib”.
Babək Göyüş                       
KONKRET.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10