Lənkəranda 2, Lerikdən 1 bəd xəbər
Lənkəranda toydan sərxoş qayıdan şəxs qonşularına xəsarət yetirib
Lənkəran rayonunun Sinovli kəndində keçirilən toy mərasimindən sonra 3 nəfərin xəsarət alması ilə nəticələnən dava baş verib.
Həmkəndlilər arasında düşən dava zamanı 45 yaşlı Mehrəliyev Daşqın Barat oğlu və 24 yaşlı Mehrəlizadə Ruslan Adil oğlu döyülərək baş və bədən nahiyələrindən müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alan şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq onlara tibbi yardım göstərilib.
Zərərçəkmiş D.Mehrəliyev bildirib ki, Ramin Hüseynov ad-soyadlı həmkəndliləri qonşuluqda keçirilən toy mərasimindən içkili vəziyyətdə qayıdaraq küçədə nalayiq ifadələr işlədib. İrad bildirdikdə isə Ramin yerdən daş götürərək D.Mehrəliyevə xəsarət yetirib. Ardınca D.Mehrəliyevlə bir yerdə olan qohumu R.Mehrəlizadə də davaya qoşulub. Davadan sonra onun bədən və kürək nahiyələrində dişləmə nəticəsində didilmiş yaralar aşkar edilib.
Hadisə şahidlərinin sözlərinə görə, qarşı tərəf də xəsarət alıb, lakin xəstəxanaya müraciət etməyib.
Faktla bağlı araşdırma başlanıb.
Lənkəran şəhərində aptekdə üzərinə şüşə düşərək ölən şəxsin kimliyi məlum olub.
Rayonun Şovu kənd sakini Habil Sabir oğlu Zahidovdur.
Belə ki, o aptekə dərman almaq üçün gəlib. Lakin lay şüşədən olan və üzərində heç bir işarəsi olmayan qapıya yaxınlaşıb, qapının açıq olduğunu zənn edərək içəri girmək istəyib. Bu zaman qapıda olan lay şüşə qırılıb və onun üstünə tökülüb. Nəticədə şüşə H.Zahidovun şah damarını kəsib və bədəninin müxtəlif nayihələrinə xəsarət yetirib.
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralı orada ölüb. Hər 2 xəbəri Report yayıb.
Lerikdə isə quşçuluq fabrikində partlayış olub. Ölən var. Əlavə məlumat verəcəyik.