Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

70 gün ərzində yoluxdurucu olan koronavirus xəstəsi - Tibdə ilk


COVİD 19 virusunu simptomsuz keçirən xəstənin 70 gün ərzində yoluxducu olması faltı aşkar olunub.

Cenub.az Medicina.az-a istinadən xəbər verir ki, ABŞ Allergiya və İnfeksion xəstəliklər Milli İnstitutunun əməkdaşları 2 ay müddətində yoluxdurucu olan pasiyentin klinikasını araşdırıblar.

Koronavirus tarixində dünyada ilk olan bu fakt onu göstərir ki, virus orqanizmdə aylarla yaşaya bilər.

71 yaşlı qadın anemiya və halsızlıq simptomları ilə klinikaya daxil olub.

Müayinələr onun koronavirus olduğunu aşkarlayıb, lakin qadında virusun heç bir məlum əlamətləri olmayıb.

Klinikada müalicə zamanı həkimlər qadından hər həftə test götürüblər və virus onda 70 gün ərzində aşkarlanıb.

Həkim Vinsent Myunster bu faktı onunla izah edib ki, qadında xroniki limfoleykoz olduğu üçün xəstəliyin gedişatı gizli olub və orqanizm uzun müddət virusu özündə saxlayıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10