Hansı ki bir həftə öncə onun döyülməsi barədə məlumat yayılmışdı
Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Xəyalə Qəmbərova vəzifəsindən azad olunub.
Biləsuvar RİH məlumatı təsdiqləyib.
X.Qəmbərovaya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni vəzifə verilib.
Xatırladaq ki, bir həftə öncə Qaynarinfo.az saytı həmin müavin haqqında ilginc məlumat yaymışdı. Həmin məlumatı sizə təqdim edirik.
Biləsuvarda borc qalmaqalı: İcra başçısının qadın müavini küçədə döyüldü
Bu barədə "Qaynarinfo"ya rayondakı mənbədən məlumat daxil olub.
Məlumatı verən mənbə bildirir ki, icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Qəmbərova ləğv olunmuş "Zamin Bank"ın rayon şöbəsinin müdiri (ad və soyadını dəqiqləşdirə bilmədik - red.) tərəfindən döyülüb.
İddiaya görə, bank müdiri ilə aralarındakı tanışlıqdan yararlanan Xəyalə Qəmbərova onun evini öz adına keçirib. İndi isə geri qaytarmaq istəmir.
Bundan qəzəblənən bank müdiri bir neçə gün əvvəl küçənin ortasında Xəyalə Qəmbərovanı döyüb.
Xanım məmur bu barədə polisə müraciət edib. İş hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Məlumatı verən mənbə bildirir ki, bu Xəyalə Qəmbərova ilə bağlı yeganə problem deyil. İcra başçısının müavininin rayonda bir neçə adama böyük məbləğdə borcu var.
Borc sahibləri pullarını geri ala bilmirlər.
Məsələni dəqiqləşdirmək üçün Biləsuvar rayon Poliş Şöbəsinə müraciət etdik. Şöbənin növbətçi hissəsindən bildirdilər ki, onlarda bu barədə məlumat yoxdur.
Xəyalə Qəmbərova və hadisədə adı çəkilən bank müdirinin özü ilə əlaqə saxlaya bilmədik. İcra Hakimiyyətinin nömrələrinə isə cavab verən olmadı.
Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Qeyd edək ki, Xəyalə Qəmbərova 2014-cü ilin 10 fevralında icra başçısının müavini təyin edilib.
O, bundan əvvəl Bakıda yaşayıb, seçki komissiyasında çalışıb, hətta 2012-ci ildə "İlin yaxşı müəllimi" müsabiqəsində qalib olub.
2013-cü ilin 3 oktyabrında isə prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunub.(Report)