Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Diqqət! Müsabiqənin vaxtı uzadıldı



Xəbər verdiyimiz kimi rayonumuzun tarixini daha dərindən öyrənmək, Masallının tanınmışlarını daha geniş təbliğ etmək üçün “Masallı Təhsil Fondu”nun və cənub xəbər tv-nin təşkilatçılığı ilə müsabiqə elan etmişdi. Müsabiqə bu il oktyabrın 31-də baş çatmalı idi. Lakin ölkəmizdə Vətən müharibəsinin başlanması, internetə çıxışa, dronla çəkilişə məhdudiyyət qoyulması, eləcə  də təqdim olunan video-çarxların sayının kifayət qədər olmaması səbəbindən müsabiqənin vaxtı bu il dekabr ayının 31-dək uzaldılıb.

Xatırladırıq ki, bu vaxta kimi Təşkilat Komitəsinə 10-a yaxın video-çarx təqdim olunub və təqdim olunan video-çarxların əksəriyyəti yüksək keyfiyyətlidir.

Müsabiqə barədə hələ də məlumatı olmayanları nəzərə alaraq, bu barədə hazırlanmış, cənub xəbər tv-də yayımlanmış video-müsahibənin mətnini qismən dəyişikliklə  sizə yenidən təqdim edirik:

“Elim mənim, yurdum mənim” – müsabiqəsinin mükafat fondu 2 dəfə artırıldı - 1-ci mükafat 600 manat



Cənub Xəbər TV kanalımızdan xəbər verdiyimiz kimi  

“Masallı Təhsil Fondu” və “Cənub Xəbər TV”-nin  təşkilatçılığı ilə rayonumuzda “Elim mənim, yurdum mənim” 

adlı müsabiqə elan edilib

Bu barədə “Masallı Təhsil Fondunun” təmsilçisi Araz Şahverdiyev bununla bağlı aşağıdakılarını bildirib: - Müsabiqənin əsas məqsədi Masallının tarixinin öyrənilməsidir.  “Masallı təhsil fondu”  bu sahədə geniş işlər görür və daha maraqlı işlər planlaşdırır.  Təbii ki, həm tərəfdaş,  həm də informasiya təmsilçisi kimi   Cənub Xəbər TV-nin də imkanlarından geniş istifadə olunacaq. Bu barədə  çox mükəmməl işçi qrupu tərəfindən hazırlanan Masallı ensiklopediyası barədə isə daha  ətraflı məlumat verəcəyik.  Millət vəkili Məşhur  müəllim də həmişə olduğu kimi belə xeyirxah işlərin önündədir və ən fəal dəstəkçilərindəndir.

Sual: -indi keçək, necə deyərlər, əsas məsələyə.  

 Qaliblər necə mükafatlandırılacaq?


Cavab: - mükafatlar konkret aşağıdakı məbləğdə olacaq

  • o    1-ci yer. 1 mükafat-600 manat
  • o    2-ci yer. 2 mükafat hər biri 400 manat,
  • o    3-cü yer. 3 mükafat. Hər biri 200 manat.

Təşkilatı və texniki işlər üçün 500 manat.

Bundan əlavə   Hər biri 100 manat olmaqla 5 həvəsləndirici mükafat da nəzərdə tutulub.

Ən yaxşı operator işinə görə

1-ci mükafat    300 manat

2-ci mükafat     200 manat

3-cü mükafat    100 manat

3 ən yaxşı video-çarx isə ölkə televiziyasında nümayiş olunacaq.

 Qaliblərə xüsusi mərasimdə pul mükafatı ilə birlikdə   həmçinin  diplomlar təqdim olunacaq.

İndi isə konkret şərtləri sadalayaq 

1.  Müsabiqə Masallı rayonu ərazisini əhatə edir.

2. Müsabiqədə iştirak etmək arzusunda olan hər hansı təşkilat, qrup, yaxud şəxs yaşadığı ərazi haqqında müddəti 5 dəqiqədən çox olmamaq şərti ilə video - çarx təqdim etməlidir.

3. Video çarxlar bir ərazi dairəsi üzrə, yaxud da həmin ərazidəki ayrı-ayrı kəndlər üzrə də ola bilər.

4. Hər ərazi dairəsi, yaxud kənd üzrə bir neçə video-çarxın da təqdim olunması mümkündür.


Sual:- Həmin video-çarxlarda əsas nələr öz əksin tapmalıdır?


Cavab: - Öncə Ərazinin qısa tarixi, 

  • o    varsa abidələri, 
  • o    tanınmışları və
  • o    digər özəlliklər video-çarxda öz əksini tapmalıdır.

Onu da qeyd edim ki, bu vaxta qədər hazırlanmış video-çarxlar  qəbul olunmur.


Sual - Video çarxlar necə təqdim olunacaq?


7. Video-çarxlar montaj olunmuş, lakin YouTube-a yüklənməmiş halda  [email protected] ünvanına  

göndərilməlidir.

 Çünki müsabiqədə baxış sayları da nəzərə alınacaq. Buna görə, ilkin mərhələdə təşkilat komitəsinə verilməlidir ki, həmin videolar YouTube-a eyni gündə yüklənsin?

8. Video-çarxla birlikdə onu təqdim edən qrupun, yaxud şəxsin, eləcə də ssenari müəllifinin və operatorun adı, soy adı, ata adı, ünvanı və telefon nömrəsi qeyd olunmalıdır.

9. Müsabiqəyə 2020-ci il oktyabrın 1-dən start verilib və bu il dekabrın 31-dək davam edəcək.

Mükafatlar və diplomlar yanvar 2015-nə kimi təqdim olunacaq.

Sual: - Bəs qaliblər hansı meyarlarla qiymətləndiriləcək?


Cavab: -Əsas ballar məzmuna  görə olacaq  -               40 bal,

  • o    Operator işinə görə  -                   30 bal,
  • o    Bəyənmələrin  sayına görə  -       30 bal.


Sual: Bəs münsiflər heyəti kimlər olacaq?


Cavab: - Bu gizli saxlanılır ki, iştirakçılar onlarla əlaqə qura bilməsin.   Bir az da konkretləşdirsək,  onların sırasında paytaxtdan və bölgədən də ən  peşəkarlar olacaq.  Və təqdimat gününədək adları gizli saxlanılacaq.


Redaksiyadan


Video-çarxlar Cənub Xəbər TV internet kanalında nümayiş olunacaq.

Müsabiqənin təşkilində Masallı İcra Hakimiyyətinin, onun yerlərdəki nümayəndələrinin, bələdiyyələrin də köməyinə ümid bəsləyirik.

Bu arzuda olanlar aşağıdakı göstərilən ünvan və telefonlar vasitəsi ilə təşkilat komitəsindən əlavə tövsiyələr ala bilər 

Əlaqə telefonları və ünvan:

Ünvan : Masallı şəhəri, S. Vurğun küçəsi, 10 (Cənub Xəbər TV-nin ofisi)

Telefonlar : 050 322 75 23 (nömrə həm də  Whatsappdır) 

                  070 322 75 23

                  0 21 5 30 47

Ümidliyik ki, maraqlı müsabiqənin şahidi olacağıq.

Yəqin ki, bu 5 dəqiqəlik video - çarxlar rayonumuzu bizə daha yaxından tanıdacaq. Həm də bəlli olacaq ki, hansı qəsəbədə, kənddə hansı istedadlar, hansı səviyyəli ssenaristlər, operatorlar, öz yurduna necə bağlı olanlar var? 

Müsabiqənin gedişi cenub.az saytında ardıcıl işıqlandırılacaq.

Təşkilat komitəsi. 

Cenub.az








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10