Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Masallı Təhsil Fondu” vədlərini necə reallaşdırır?


Artıq 50-yə yaxın masallılı tələbə qız bu fondun xidmətindən faydalanır
Bir neçə ay öncə məlumat vermişdik ki, rayonumuzda “Masallı təhsil fondu”yaradılıb. Fondun əsas məqsədi ali məktəblərin pedaqoji fakültələrinə daxil olan qızların təhsil xərclərinə yardımçı olmaq, rayonda qızların daha geniş dairəsinin təhsilə cəlb etməkdir.
  Bu günlərdə fondun təmsilçisi Hüseyn Hüseynovdan  aldığımız məlumata görə,  artıq bu sahədə bir sıra əməli addımlar atılmışdır. Belə ki, BDU, LDU, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Dövlət Universiteti və digər ali məktəblərə daxil olmuş 25 nəfərin masallılı qızın  1 yarım il üçün  təhsil xərcləri (hər biri üçün orta hesabla 900 manat olmaqla) həmin ali məktəblərin hesabına köçürülmüşdür. Bundan əlavə 22 tələbə qıza hər biri üçün  hər ay 100 manat olmaqla (şəhid ailəsindən olana 200 manat)  h təqaüd verilir.
Bu yardımlar Masallı rayonu 70 saylı seçki dairəsinə daxil olan ərazilərdəki məktəbləri bitirən qızları əhatə edir.
Onu da xatırladaq ki,  bu il ali məktəblərə daxil olan qızlar arasında həmin seçki dairəsinin əhatə etdiyi  ərazilərdən - Çaxırlıdan 5, Yeddioymaqdan 3, Qarğalıqdan 3, Masallı şəhərindən 3, Həsənli-Köçəklidən 2 qız və digərləri bu imkanlardan faydalanmışdır.
Fondun xətti ilə yardım alanlar sırasında ibtidai sinif müəllimliyin qəbul olunananlar daha çoxdur.
H. Hüseynov onu da bildirdi ki, Masallı Təhsil Fondunun əməkdaşları həmin tələbələrə müntəzəm əlaqə saxlayır, onların digıər qayğıları ilə də maraqlanırlar. Qarşıdakı illərdə bu yardımların dairəsini daha da genişləndirmək nəzərdə tutulur.
Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10