Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Paşinyan üçün “möcüzə” Rusiya desantlarının...” – Rus ekspert


Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Valdimir Putinə məktubu şimal qonşumuzun ictimai-siyasi çevrlərində də ciddi müzakirə mövzusudur. 
Paşinyan Putinə məktubunda Ermənistanla Rusiyanın müttəfiqliyinə əsaslanaraq Moskvanın Qarabağda müharibəsində İrəvana yardımçı olmasını xahiş edib. Rusiya Prezidenti Ermənistan Baş nazirinin məktubuna Xarici İşlər Nazirliyi (XİN) vasitəsilə cavab verib.
Paşinyan bundan əvvəl də dəfələrlə Rusiyaya müraciət edib. Lakin Kreml müharibənin Azərbaycan ərazisində getdiyini əsas gətirərək Ermənistana hərbi dəstək verə bilməyəcəyini bəyan edib. Paşinyanın Putinə məktubuna verilən cavab da əvvəlkilərdən fərqlənməyib.
Rusiyanın ictimai-siyasi çevrələrində hesab edirlər ki, Moskvanın İrəvana hərbi dəstək verməsi arzuolunan deyil.
Məsələn, tanınmış rusiyalı jurnalist, Milli Müdafiə jurnalının baş redaktoru İqor Kortoçenko Ermənistana hərbi dəstəyin əleyhinədir. Baş redaktor yazır ki, hazırda Paşinyanın yaxın çevrəsində hökm sürən əhval-ruhiyyə 1945-ci ilin yazında Berlindəki vəziyyəti xatırladır.
“Məğlubiyyətin qaçılmaz olduğunu anlamaqla yanaşı müharibənin taleyini dəyişəcək “möcüzə”yə inanmaq.
Paşinyan üçün “möcüzə” Rusiya desantlarının DQR-in uçuş zonasına daxil olmayan ərazisinə qədəm basması olardı.
Ancaq 1945-ci ildə Venkin (Volter Venk – faşist Almaniyasının generalı -  red) ordusu artıq zəbt edilmiş Berlinə girə bilmədi və möcüzə baş vermədi.
2020-ci ildə də nə “desant”, nə də “uçuş zonasına daxil olmayan ərazi” olacaq, bu artıq aydındır.
Amma məğlubiyyətə görə cavab vermək lazım gələcək”, - deyə İqor Kortoçenko vurğulayıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10