Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Mirkərim Ağanın da evinə oğru girib


Az qala hər gün kiminsə dükanına, yaxud evinə oğru girməsi barədə xəbərlər gəlir.

Təxminən 10 gün əvvəl Ərkivan qəsəbəsində sadə peşə adamı Əşrəf Səfərov un evindən 5 min manatdan yuxarı qızıl əşyalar və pul oğurlandığı barədə məlumat vermişdik.

Oğrular hələ ki, tapılmayıb.

Ötən həftə sonu isə təkcə Ərkivanın yox, cənub bölgəsinin tanınmış din xadimlərindən olan Mirkərim Əliyev in evinə də oğrular yol tapıb.

Rayon Polis Şöbəsindən verilən məlumata görə ev sahiblərinin özü də oğurlanan pulun nə qədər olduğunu dəqiq bilmirlər.

Oğruların tapılması istiqamətində işlər aparılır.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10