Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

NEWS.RU: "Azərbaycan Silahlı Qüvvələri Şuşaya girdi"


​​​​Zaman” Telegram kanalı Azərbaycan Ordusunun Şuşa şəhərinə bir neçə saat əvvəl daxil olduğunu bildirib.
Biz Şuşadayıq! Azərbaycan əsgərləri bir neçə saat əvvəl şəhərə daxil oldular. Döyüşlər davam edir, ancaq ordu artıq şəhərdədir“, – deyə kanalın əməkdaşı məlumat verib.
Cenub.az xəbər verir ki, bu barədə Rusiyanın məşhur “NEWS.ru” nəşri məlumat yayıb. Portal daha sonra yazır ki, “Oktyabrın 29-da tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın başçısı Arayik Arutyunyan Azərbaycan qoşunlarının Şuşaya doğru irəlilədiklərini və şəhərdən bir neçə kilometr məsafədə olduqlarını söyləmişdi. Şuşa Xankəndi ilə on kilometrlik məsafədədir. Xankəndi ilə Ermənistanı birləşdirən yol Şuşadan keçir. Birinci Qarabağ müharibəsi zamanı şəhərə ciddi ziyan dəymişdi”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10