İcra hakimiyyəti ilə Abıyevlər arasındakı “soyuq müharibə”nin ilk işartıları görünməyə başladı
Masallıda yerli icra hakimiyyəti ilə buradakı məşhur tayfa - Abıyevlər arasında soyuq müharibənin getdiyi çoxlarına bəllidir.
Lakin bütün hallarda Abıyevlər əldə etdikləri postları qoruya bilirlər.
Əhəd Abıyev Daşkəsən Rayonunun icra başçısı, Nadir Abıyev Masallı İHB-nin 1-ci müavini, Səməd Abıyev Masallı “Telekom”un rəisi, Qadir Abıyev Astara Buraxılış-Keçid məntəqəsinin rəis müavini, kürəkənləri Cəfər Gözəlov Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 8 saylı Ərazi İdarəsinin Masallı Rayon Şöbəsinin rəisi vəzifələrini qoruyub saxlaya bilirdilər.
Bir neçə ay öncə YAP Masallı Rayon Təşkilatının növbəti konfransında Abıyevlərin heç bir tərkibə düşməməsi, hətta bir sıra komissiyalardan kənar qalması. Nizami Alışovun parkın yanındakı obyektinin sökülməsi ilə bağlı Ali Məhkəmənin qərarının alınması bu soyuqluğun ilkin və açıq əlamətləri kimi qiymətləndirilirdi. (Əhəd Abıyev Nadir Abıyevin tərkibə düşməməsi səbəbini onun yaşlanması, yorulması, yaxın vaxtlarda vəzifəsi ilə könüllü şəkildə vidalaşacağı ilə əlaqələndirmişdi. Lakin deyilənlər olmadı. Aradan 1 aydan artıq vaxt keçsə də, Nadir Abıyev, necə deyələr, hələ də PHİB-nin 1-ci müavinin maaşını alır.)
Bu günlərdə isə Abıyevlərin yaxın qohumu, bacılarının həyat yoldaşı, 20 ildən artıq işlədiyi Daşınmaz Əmlakın Dövlət Reyestrinin xidmətinin 8 saylı Ərazi İdarəsinin Masallı Rayon Şöbəsinin rəisi Cəfər Gözəlovun vəzifədən öz ərizəsi ilə çıxması qəribə təəssüratlar yaradır.
Bu barədə 2 versiya var.
Birinci versiyaya görə adı çəkilən təşkilatın bir sıra funksiyalara ASAN Xidmətə verilir və həmin idarə əvvəlki gücündə olmayacaq.
İkinci versiyada isə bildirilir ki, bu təşkilatda son vaxtlar ciddi yoxlamalar aparılıb və Cəfər müəllim fakt qarşısında qaldığından
könüllü şəkildə vəzifəsi ilə vidalaşıb.
Beləliklə, ilk “qurban” Cəfər müəllim oldu. Hazırda onun tərk etdiyi post boşdur.
Tural