Adamın yadına Şimali Koreyada futbolun 1 hissədən ibarət olduğu xəbəri
düşür
düşür
Dünən xəbər verdiyimiz kimi Astarada 400-dən artıq yeniyetmənin iştirakı ilə Şahmat Olimpiadası keçirilib.
Yarışlar iyulun 23-də başa çatsa da, qaliblər haqqında məlumat yoxdur.
Bu yarışlar haqqında hər şeyi yazsalar da nə icra hakimiyyətinin Astara-ih.gov.az saytı nə Astara qəzetinin Astarainfo.az saytı qaliblərin adını tutmurlar.
Hətta ölkənin ən mötəbər hökumət agentliyi AzərTag - da bu haqdakı məlumatında qaliblərin adını çəkmir.
Biz bu problemi paylaşandan sonra izləyicilərimizdən biri - A. Ağayev bizi məlumatlandırdı ki, Astaradakı şahmat olimpiadasının qalibi Quba məktəbliləri olub. Gəncəlilər 2-ci, masallılılar 3-cü yeri sahibləniblər.
Astaralılar qaliblər sırasında omadığı üçün qalibləri sadalamırlar
Adamın yadına Şimali Koreya futbolu düşür.
Deməli, dünya çempionatlarının birində, birinci hissədə Şimali Koreya məşhur komandalardan birinin qapısına qol vurur və birinci hissə bu hesabla da bitir. 2-ci hissədə isə koreyalılar qapılarından 3 top buraxır. Ölkə rəhbərləri oyunun ancaq 1-ci hissəsini televizorda göstərir və bəyan edir ki, görüş elə bir hissədən ibarət olub, onu da koreyalılar udub.