Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Uşaqları, qocaları, qadınları müharibəyə cəlb edənlər Haaqa tribunalının subyektlərinə çevriləcək”


Nəsib Məhəməliyev: “Ermənistanın kaprizlərinə, cinayətkar davranışlarına beynəlxalq təşkilatların göz yumması təəssüf doğurur”“Məhz onların fəaliyyətsizliyi, Ermənistanı yeni cinayətlərə sövq edir”

İşğalçı Ermənistan son vaxtlar ordu sıralarına azyaşlı uşaqları cəlb etməsi ənənə halını almaqdadır. 

Paşinyan hakimiyyətinin bu addımı beynəlxalq konvensiyaların kobud şəkildə pozulması ilə yanaşı, həm də onun öz xalqına qarşı növbəti cinayəti kimi dəyərləndirilə bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev, bunun beynəlxalq hüquqa zidd olduğunu, beynəlxalq konvensiyalarla təzad təşkil etdiyini vurğuladı:
“Müharibə başlanan andan Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin 30 il ərzində qurduğu müdafiə istehkamlarını, HMS-ni, ağır döyüş texnikasını, minlərlə canlı qüvvəsini məhv etdi. İşğal altında olan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını, Hadrut qəsəbəsini, Suqovuşanı, kəndlərimizin əksər hissəsini azad etdi. Əsas strateji yüksəklikləri ələ keçirdi. Erməni hərbi-siyasi rəhbərliyinin ümumxalq səfərbərlik elan etməsi, yaşından asılı olmayaraq bütün kişilərin müharibəyə cəlb olunması, qadınlardan ibarət batalyonların yaradılması onu göstərir ki, düşmən tərəf, döyüş meydanındakı itkiləri əvəzləməkdə çətinlik çəkir. Azyaşlı uşaqların, yeniyetmələrin, o cümlədən azyaşlı qız uşaqlarının silahlı münaqişələrə cəlb olunması isə, “ Uşaq hüquqları haqqında” beynəlxalq humanitar konvensiyalara ziddir. Konkret olaraq, Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun 8-ci maddəsinin, 2a bəndinə müvafiq olaraq hərbi cinayət sayılır. Ümumiyyətlə, Ermənistan elə bir dövlətdir ki, müstəqillik əldə etdikdən sonra bütün beynəlxalq hüququn norma və prinsiplərini, fəaliyyətdə olan bütün humanitar konvensiyaları açıq və kobud şəkildə pozur. Ən adi etik, əxlaq normalarını belə gözləmədən təkzib edilməz faktları inkar edir. Real faktlara müraciət edək; —Azərbaycan və Ermənistan eyni vaxtda, yəni 1992-ci ildə BMT-a üzv olmuşlar. BMT nizamnaməsinin 2-ci maddəsində dəqiqliklə göstərilmişdir; “üzv ölkələr bir-birinin ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşmalıdırlar”. Qəbul olunduqdan dərhal sonra ermənilər tərəfindən havadarlarının köməkliyi ilə Dağlıq Qarabağ və 7 rayonu işğal edildi. — Xocalıda bir gecənin içərisində 613 mülki şəxs, o cümlədən uşaqlar, qadınlar, yaşlılar qətlə yetirildi. — Əsirlərin, itkin düşənlərin gizlədilməsi, qeyri-insani şəkildə istismar olunması, — İşğal olunmuş ərazilərdə tarixi, mədəni, dini abidələrimiz yerlə yeksan edildi. Bu da Avropa mədəniyyət konvensiyasına, 1954-cü il Haaqa konvensiyasına ziddir. — İşğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma, əsaslı tikintilərin aparılması, təbii sərvətlərdən istifadə, təbiətə, ekologiyaya kobud müdaxilə olunması. — Moskvada humanitar atəşkəs barədə razılıq əldə olunan gecə Gəncə şəhəri Ermənistan ərazisindən raketlərlə atəşə tutulması və s”. 
Millət vəkilinin sözlərinə görə, Ermənistan hərbi-siyasi rəhbərliyinin son 30 ildə qəbul etdiyi qərarlar cinayət xarakteri daşıyır:
“Son 30 il ərzində Ermənistan rəhbərliyinin siyasəti, ancaq cinayət xarakterli olmuşdur. Nəticə isə, göz qabağındadır. Hər iki tərəfdən yüz minlərlə insanın qanına bais olmaqla, hər tərəfli geridə qalmış, bütün beynəlxalq nəqliyyat-logistika layihələrindən kənarda qalmış, iqtisadi və coğrafi mühasirədə, ildən-ilə boşalan, heç bir yaşam perspektivi olmayan bədbəxt bir cəmiyyət əldə etdilər. Azərbaycan əsgəri ilə müqayisə etdikdə-erməni əsgərinin ekipirovkasından tutmuş, təchizatı, istifadə etdiyi texnika və silahlar real vəziyyəti tam əks etdirir. Hesab edirəm ki, belə bir vəziyyəti, ancaq öz xalqına düşmən münasibət göstərənlər edə bilər. Ən böyük cinayətləri isə, erməni uşağı anadan olandan bəri digər millətlərə, ələlxüsus türklərə, azərbaycanlılara qarşı düşmən ruhunda tərbiyə etmələri, olmayan dövlətçilik tarixlərini saxta faktlarla, mifik illuziyalarla ,,zənginləşdirib,, tərbiyə etmələridir. Erməni millətinin beyinini yumaqla, psixikasını pozmalarıdır. Azyaşlı uşaqları, qocaları, qadınları müharibəyə cəlb etməklə, Ermənistanın hərbi-siyasi rəhbərləri cinayətkar fəaliyyətlərini davam etdirir və şübhəsiz, yaxın zamanlarda Haaqa tribunalının subyektlərinə çevriləcəklər. Bütün bunlarla yanaşı, Ermənistanın kaprizlərinə, cinayətkar davranışlarına beynəlxalq təşkilatların göz yumması təəssüf doğurur. Məhz onların fəaliyyətsizliyi, Ermənistanı yeni cinayətlərə sövq edir. Tarixən böyük dövlətlər ermənilərdən öz geosiyasi maraqlarını təmin etmək üçün ,,marionet,,kimi istifadə etmişlər. Tarix təkrar olunur”.
Nəsib Məhəməliyev erməni toplumunun Paşinyanın cinayətkar siyasətinə ciddi mənada etiraz etməməsini uzun illər ərzində erməni cəmiyətində  aparılan “beyinyuma əməliyyatı” ilə əlaqələndirib:
“Normal məntiqlə, normal millətlər bütün baş verənlərdən sonra, Paşinyan iqtidarından və ondan əvvəlki hərbi-siyasi rəhbərliklərdən hesabat tələb etməlidir. Bir daha qeyd edirəm ki, aparılan xəstə təbliğatın nəticəsində bütövlükdə erməni millətinin psixologiyası pozulmuşdur. O baxımdan müəyyən istisnalar olmaqla, toplum olaraq kütləvi etirazların baş verməsini hələlik görmürük”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10