Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yardımlılar “Qızıldaş” qəsəbəsində qəzaya düşdü


Yardımlılar “Qızıldaş” qəsəbəsində qəzaya düşdü
Sürücünün 14 yaşlı uşağı qəzada dünyasını dəyişdi
İyulun 23-də, səhər saatlarında Yardımlıdan toydan qayıdan ailə üzvləri Bakı şəhəri yaxınlığında, yaşadıqları Qızıldaş qəsəbəsinə çatmağa bir neçə kilometr qalmış əyləşdikləri minik maşınında qəzaya uğrayıblar. Mersedes markalı maşında olan 6 nəfərdən biri, sürücünün 13 yaşlı qızı aldığı zərbədən dərhal keçinib. Sürücü, 44 yaşlı Rauf Adiloğlu, onun həyat yoldaşı, 2 uşağı (hansı ki biri dərhal ölüb), baldızı və qardaşı oğlu olduqca ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Son məlumata görə sürücü hələ də komadan ayılmayıb, digərlərinin isə vəziyyətləri çox ağırdır. Onların ciddi sınıqları olduğu bildirilir.
Sürücü ilə bağlı redaksiyaya daxil olan digər məlumatda deyilir ki, qəza törədən sürücü bir gün əvvəl Yardımlı rayonun Gavran kəndində ailəlikcə toyda olub və sübh tezdən Bakıya yola düşüblər. Qəza ilə bağlı ehtimallar fərqlidir. Bəziləri sürücünün yuxulu olduğunu, digərləri isə maşını sürətlə idarə etdiyindən idarəetməni itirdiyini bildirir. Maşının bir neçə dəfə fırlanaraq yaxındakı gölə düşüb. Hadisənin səbəbləri araşdırılır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10