Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Babası faşistlərə satılan Paşinyan Hitlerin davamçısı rolunda - sonda özünü də öldürəcəkmi....


Paşinyan özünü Hitler kimi aparır. Onun faşistcəsinə erməni xalqının məhv olmasına səbəb olan addımlar atdığı, nasist alman təşkilatları, terrorçu qruplaşmalarla əməkdaşlıq etməsi faktlarla sübut olunur. Paşinyan görür ki, Azərbaycan Ordusu sürətlə Qarabağı, öz ərazilərini işğaldan azad etməkdə davam edir, bu işi tezliklə sona çatdıracaq. Ancaq erməni xalqını döyüşməyə, daha dəqiq ifadə etsək, kütləvi şəkildə döyüşlərə qatılıb, elə kütləvi şəkildə də ölməyə səsləyir...
Hansı ki, normalda indiki durumda Paşinyan Azərbaycanın şərtlərini qəbul etməli, könüllü şəkildə erməni ordusunu Qarabağdan çıxarmağa razılaşmalı idi. Ancaq əksini edir, xalqını, Ermənistanı qəsdən məhv edir. Tam bir faşist davranışıdır.
Əlbəttə, onun Azərbaycana qarşı davranışı da faşist yanaşmasıdır.
Yeri gəlmişkən, deyəsən, faşistlərə simpatiya Paşinyana babasından keçib, genetikdir. Axı onun babası sovet ordusu sıralarında döyüşərkən faşistlərə satılıb, bu rəsmi sənədlərdə əksini tapır! Ermənistanın baş nazirinin adını daşıdığı babası Nikolay Vartanoviç Paşinyanın Böyük Vətən müharibəsi zamanı həyatını itirən, itkin düşənlər haqda “obd-memorial.ru” saytında düşmənlə əməkdaşlıq etdiyi qeyd olunub...
pashik.jpg (85 KB)
Düzdür, Paşinyanın əmri ilə cinayətkar, terrorçu erməni ordusunun Qarabağdakı məlum cəhdlərinə Azərbaycan Ordusu çox sərt cavablar verir və Silahlı Qüvvələrimiz Paşinyanın terrorçu dəstələrini, işğalçı ordusunu anındaca məhv edərək, işğaldakı ərazilərimizin bərpasını sürətlə davam etdirir.
İşğalçı, cani rejim terror məqsədi ilə Gəncədə, Naftalanda, Mingəçevirdə, Ağdamda, Bərdədə hərbi cinayətlər törədərək, mülki əhalini bombaladı. İndiyədək 63 dinc azərbaycanlı Paşinyanın göstərişi ilə atılan mərmilər nəticəsində həlak olub.
Ermənistan Azərbaycanın döyüş bölgəsindən çox aralıda olan mülki və streteji obyektləri demk olar ki, hər gün hədəfə alır. Bu raketlərin çoxunu Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələri göydəcə zərərsizləşdirir, bir çoxu isə boş ərazilərə düşür.
Bu cinayətlərin araşdırılması zamanı o da üzə çıxır ki, bu cür raketlərin istifadəsi beynəlxalq cinayətdir. Çünki onlar hətta hərbi obyekti vurmaq üçün istifadə üçün istifadə olunsa belə, dəqiqliyi yox səviyyəsindədir və təbii ki, gəlib hədəfə yox, başqa yerə düşəcək. Hesab olunur ki, Ermənistanın artıq bütün hərbi potensialı tükənib, əlində qalan qeyri-dəqiq raketlərlə hərbi obyektləri vur bilməyəcəyini bildiyi üçün faşistcəsinə onları Azərbaycanın şəhər və rayonlarına mülkü əhalinin sıx yaşadığı ərazilərə atıb, tələfat, faciə, hərbi cinayət törədir.
Bu baxımdan da Paşinyan eyni ilə Hitleri xatırladır. Hitler də 1945-ci ildə - müharibənin sonunda əlacsız qalıb “FAU-2” raketlərindən istifadə edirdi. “FAU-2” raketləri və bu gün Ermənistanın Azərbaycana atdığı “SKAD” raketləri “dəqiqliyinə” görə elə eyni səviyyədədir. Ona görə də, Hitler qoşunları bu raketlərdən hücum edən sovet ordusuna qarşı deyil, Londona, böyük şəhərə atıb, mülki əhalini bombalayırdı. Yəni ermənilər kimi, alman faşistləri də bilirdilər ki, belə keyfiyyətsiz, dəqiqliyi çox aşağı olan raketdən hərbi obyektlərə qarşı istifadə mənasızdır. Çünki gedib hədəfə dəyməyəcək. Ancaq dinc əhalini vurub, insanlarda qorxu yaratmaq olar...
Məsələ ondadır ki, uduzdan Hitler ordusu bu raketlərə son ümid yeri kimi baxırdı. Eynilə artıq de-fakto uduzan, məhv edilən Paşinyan ordusu da “Skad” raketlərinə son “ümid” kimi baxır və son əclaflığını edərək, onları mülki əhalinin üzərinə atır.
Bəzən Paşinyan və onun cani hərbçiləri açıqlama verirlər ki, Gəncəni, Bakını uzaqmənzilli ballistik raketlərlə vura bilərlər. Mümkündür ki, Paşinyanda hələ bir neçə belə ballistik, insan əleyhinə istifadəsi beynəlxalq cinayət olan raketlər var. Bu tipli raketlərdən dikator Səddam Hüseyn də Səudiyyə Ərəbistanı, İran və İsrailin dinc şəhərlərini bombalamışdı. Paşinyan da bu addımı atmaqla təhdid edirsə, deməli, o tam bir faşistdir və əgər bu gün onun əlində kimyəvi, kütləvi qırğın silahı olsa, düşünmədən ondan da istifadə edərdi...
Ancaq ortada olan bir həqiqət var: Paşinyanın özünü bənzətmək istədiyi Hitler hansı taleyi yaşadı? Sonda intihar etdi.
Bəs Səddam Hüseyn necə oldu? Onu da tutub asdılar.
Mümkündür ki, Paşinyan da ya intihar edəcək, ya da sonda erməni xalqı onu özü məhv edəcək...
Zatən bütün hərbi canilərin sonu eyni olub.
Elşad MƏMMƏDLİ
Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10