
Astara rayonunun Şiyəkəran kənd sakini Yunis Qulamov uzun illərdir Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl ordusunun bayrağını qoruyub saxlayır.

Qeyd edək ki, Səfəvilərin döyüş bayrağının üzərinə ərəb əlifbası ilə İslamın müqəddəs şəxsiyyətlərinin - 12 imamın və iki məsumənin adları həkk olunub. Bundan əlavə, bayrağın üzərində “Səfiyulla” sözü yazılıb. Simurq quşunun təsvirinin olduğu bayrağın üzərində həm İslam, həm də atəşpərəstlik elementləri var.