Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Prezident: “Günahsız insanların, şəhidlərin qisasını döyüş meydanında alacağıq”


 “Düşmən növbəti dəfə Gəncəni raket atəşinə tutub. Bu da ermənilərin faşist mövqeyini bir daha göstərir”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzTV telekanalı vasitəsilə xalqa müraciətində deyib.
Prezident bildirib ki, düşmən atəşləri nəticəsində dinc əhali arasında ölən və yaralananlar var:
“Bu hücumlar nəticəsində iki minə yaxın ev dağıdılıb və ya ciddi ziyan dəyib. Bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz. Ermənistan rəhbərliyi cinayət törədir. Dinc əhaliyə əməliyyat raket kompleksləri ilə atəş açmaq ciddi cinayətdir və onlar buna görə məsuliyyət daşıyacaqlar.
Biz günahsız insanların, şəhidlərin qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt dinc əhaliyə atəş açmayacağıq. Bizim öz amalımız var. Biz erməni deyilik”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10