Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

1989-dan başlayan və bitməyən erməni terroru dalğası - dəhşət statistikası


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) daxil olmuş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanlarının cəbhədə öz ordularının silsilə məğlubiyyətlərini ört-basdır etmək məqsədilə Azərbaycan Respublikasının böyük şəhərlərində insanların sıx cəmləşdiyi yerlərdə, ictimai nəqliyyatda terror-təxribat və digər pozuculuq aktlarını həyata keçirmək, bununla da keçən əsrin 80-ci illərin sonu və 90-cı illərdə Bakıda və ölkəmizin başqa yerlərində dinc əhaliyə qarşı törətdikləri mənfur və insanlığa sığmayan qanlı terror əməllərini  təkrarlamaq niyyətində olduğu haqda vətəndaşlara xəbərdarlıq edib. Vətəndaşlar ayıq-sayıq olmağa çağırılıb. 
DTX-nın belə bir xəbərdarlığı etməsi boşuna deyil. Çünki ermənilər Dağlıq Qarabağ konflikti başlayandan mülki azərbaycanlılara qarşı çoxsaylı terror aktları həyata keçiriblər. Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı, hərəkət etdiyi məntəqələrdə terror aktları təşkil etmiş, nəticədə minlərlə günahsız insan həlak olub.
16 sentyabr 1989-cu il. “Tbilisi-Bakı” marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladıllb, 5 nəfər həlak olub, 25 nəfər yaralanıb. 

18 fevral 1990-cı il. Yevlax-Laçın yolunun 105-ci km-də “Şuşa-Bakı” marşrutu ilə hərəkət edən avtobus partladılıb, çoxlu insan təlafatı olub.
11 iyul 1990-cı il. “Tərtər-Kəlbəcər” sərnişin avtobusu partladılıb, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası keçirilib, nəticədə 14 nəfər qətlə yetirilib, 35 nəfər yaralanıb.
10 avqust 1990-cı il. “Tbilisi-Ağdam” marşrutu ilə hərəkət edən sərnişin avtobusu partladılıb, 20 nəfər həlak olub, 30 nəfər yaralanıb.
Həmin gün “Şəmkir-Gəncə” avtomobil yolunda Xanlar rayonunun Nadel kəndi yaxınlığında “LAZ” markalı 43-80 AQF dövlət nömrə nişanlı avtobus partladılıb, nəticədə 17 nəfər həlak olub, 26 nəfər yaralanıb.
30 noyabr 1990-cı il. Xankəndi aeroportu yaxınlığında sərnişin avtobusu partladılıb, 2 nəfər azərbaycanlı həlak olub, 11 nəfər yaralanıb.
9 yanvar 1991-ci il. “Molodyoj Azerbaycana” qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilib. 
30 may 1991-ci il. Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı ermənilər tərəfindən partladılıb, nəticədə 11 nəfər həlak olub, 22 nəfər yaralanıb. 

31 iyul 1991-ci il. Dağıstan Respublikasının Temirtau stansiyası yaxınlığında “Moskva-Bakı” sərnişin qatarı ermənilər tərəfindən partladılıb, nəticədə 16 nəfər həlak olub, 20 nəfər yaralanıb.
2 avqust 1991-ci il. Hadrut rayonunun Dolanlar kəndində “QAZ-53” markalı avtomaşın partladılıb, nəticədə 4 nəfər azərbaycanlı həlak olub, 8 nəfər yaralanıb.
21 avqust 1991-ci il. Hadrut rayonunun Şadaxt kəndi yaxınlığında "KAVZ" markalı 70-30 AQO dövlət nömrə nişanlı avtobus partladılıb, nəticədə 2 nəfər həlak olub, 10 nəfər ağır bədən xəsarəti alıb.
8 sentyabr 1991-ci il. “Ağdam-Xocavənd” avtobusunun ermənilər tərəfindən atəşə tutulması nəticəsində 5 nəfər qətlə yetirilib, 34 nəfər müxtəlif dərəcəli xəsarət alıb. 
Həmin gün “Ağdam-Qaradağlı” marşrutu ilə işləyən avtobus erməni quldurları tərəfindən atəşə tutulub, 8 nəfər həlak olub, 42 nəfər müxtəlif dərəcədə xəsarət alıb.
26 sentyabr 1991-ci il. “Yevlax-Laçın” yolunda “VAZ-2106” markalı D 72-07 AQ nömrə nişanlı avtomaşın partladılıb, nəticədə 2 nəfər həlak olub, 14 nəfər yaralanıb. 
19 oktyabr 1991-ci il. Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında “UAZ-469” markalı avtomaşın partladılıb, nəticədə 3 nəfər həlak olub, 2 nəfər ağır yaralanıb. 
20 noyabr 1991-ci il. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında "Mİ-8" vertolyotunun atəşə tutulması nəticəsində vertolyot heyəti və sərnişinlər - Azərbaycanın görkəmli dövlət və hökümət nümayəndələri, Rusiya və Qazaxıstandan olan müşahidəçilər - 19 nəfər həlak olub. 
26 dekabr 1991-ci il. Şuşa-Laçın yolunun 4-cü kilometrliyində “ZİL-130” və “Moskviç” maşınları partladılıb, 5 nəfər həlak olub, 4 nəfər yaralanıb. 
8 yanvar 1992-ci il. Türkmənistandan “Krasnovodsk-Bakı” marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olub, 88 nəfər yaralanıb.
28 yanvar 1992-ci il. “Ağdam-Şuşa” marşrutu ilə uçan Mİ-8 mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulub. Nəticədə çoxu qadın və uşaq olan 44 nəfər həlak olub. 
22 mart 1992-ci il. “UAZ 469” markalı 60-25 AZU dövlət nişanlı avtomaşın Qazax rayonu ərazisində partladılıb, nəticədə 3 nəfər həlak olub, 2 nəfər yaralanıb.
28 mart 1992-ci il. “Kamaz-5410” markalı 40-53 AQŞ dövlət nişanlı avtomaşın partladılıb, nəticədə 3 nəfər həlak olub, 2 nəfər yaralanıb. 
18 aprel 1992-ci il. “Qazax-Cəfərli” yolunun 10-cu kilometrliyində “Vaz” markalı maşın silahlı basqına məruz qalıb, nəticədə 2 nəfər ölümcül yaralanıb. 
20 may 1992-ci il. Zəngilan rayonunun Qarançı kəndi yaxınlığında “UAZ-469” markalı 80-33 AQD dövlət nömrə nişanlı avtomaşın silahlı basqına məruz qalıb, nəticədə 2 nəfər həlak olub, 2 nəfər yaralanıb. 
28 fevral 1993-cü il. Rusiyanın Şimali Qafqaz ərazisində Qudermes stansiyası yaxınlığında “Kislovodsk-Bakı” sərnişin qatarı partladılıb, 11 nəfər həlak olub, 18 nəfər yaralanıb. 
2 iyun 1993-cü il. Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəyib. 
22 iyul 1993-cü il. Tərtər rayonunda törədilmiş partlayış nəticəsində 5 nəfər həlak olub, 18 nəfər yaralanıb. 
Həmin gün Qazax rayonunun mərkəzində törədilmiş partlayış nəticəsində 6 nəfər həlak olub, 10 nəfər yaralanıb.
30 avqust 1993-cü il. Hadrut rayonu ərazisində “ZİL” markalı maşın partladılmış, nəticədə 2 nəfər həlak olub. Həmin hadisədən bir neçə gün sonra içərisində 12 nəfər kənd sakini olan “QAZ-66” markalı sərnişin avtobusu rayondan çıxarkən partladılıb, nəticədə 4 nəfər həlak olub, 8 nəfər ağır dərəcədə yaralanıb.
1 fevral 1994-cü il. Bakı dəmir yolu vağzalında “Kislovodsk-Bakı” sərnişin qatarında terror aktı törədilib, 3 nəfər həlak olub, 20 nəfər yaralanıb.
19 mart 1994-cü il. Bakı metropolitenin “20 Yanvar” stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. 
Armenia's illegal activity in the occupied regions - Azerbaijan.az
13 aprel 1994-cü il. Dağıstan Respublikasının “Daqestanskiye Oqni” stansiyası yaxınlğında “Moskva-Bakı” sərnişin qatarı partladılıb, 6 nəfər həlak olub, 3 nəfər yaralanıb.
3 iyul 1994-cü il. Bakı metropolitenin “28 May” və “Gənclik” stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olub, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Qeyd edək ki, istintaq tədbirləri zamanı bütün sadalanan, bütün sadalanan terror aktının təlimatçısı və təşkilatçısı Ermənistan xüsusi xidmət orqanları olub.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10