Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tərtərdə qəbiristanlığın atəşə tutulması nəticəsində daha bir nəfər həlak oldu - RƏSMİ



Bu gün düşmənin Tərtəri atəşə tutması nəticəsində daha bir nəfər həlak olub. 
Bu barədə Baş Prokurorluq məlumat yayıb. 
Bildirilib ki, Tərtər şəhər qəbiristanlığında dəfn mərasimi keçirilərkən yaralanan 1967-ci il təvəllüdlü Əmirov İsgəndər Yelmar oğlu vəfat edib. 

Saat 13 radələrində düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər şəhər qəbiristanlığının dəfn mərasimi keçirilərkən qəsdən ağır artilleriyadan intensiv atəşə tutulması nəticəsində həmin zaman orada olan şəhər sakinləri 1989-cu il təvəllüdlü Orucov Pərviz Novruz oğlu, 1962-ci il təvəllüdlü Rüstəmov Vasif Bahadur oğlu və 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu həlak olub.
Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, təxribat zamanı Məmmədov Fizuli Əli oğlu, Əmirov İsgəndər Yelmar oğlu, Allahverdiyev Elsevər Vəli oğlu, Əmirov Nofəl Yelmar oğlu və Qəzənfərli Rəfael Qəzənfər oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud  şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10