Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Erməni əsgərlərin kütləvi şəkildə narkotikdən istifadəsini təsdiqləyən fakt


Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərdən əldə etdiyimiz görüntülər Ermənistan ordusundakı dəhşətli vəziyyəti təsdiqləyir.
Lent.az-ın əldə etdiyi görüntülərə görə, Ermənistan ordusunda əsgər və zabitlər kütləvi şəkildə müxtəlif növ narkotik vasitələrdən istifadə edirlər.
Kadrlarda göründüyü kimi, erməni əsgər və zabitləri istifadə etdikləri külli miqdarda narkotik vasitələri qoyaraq qaçıblar. Erməni hərbçilərinin marixuana, herion, metamfetamin, tiryək və başqa psixotorop maddələrdən öz kazarmalarında açıq-aşkar istifadə etdikləri görünür.
Kibrit qutularında, hərbi çantalarda hər əsgər üçün ayrıca ayrılan narkotik maddəni görmək mümkündür. Hətta otaqların birindən narkotikdən istifadə üçün lazım olan iynələr də tapılıb.
Qeyd edək ki, Ermənistan ordusundakı nizam-intizamsızlıq, kütləvi davalar, əsgər və zabitlərin bir-birini qətlə yetirməsi, həmçinin, kütləvi şəkildə narkotik vasitələrdən istifadə olunması halları barədə mediada dəfələrlə yazılıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10