Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ermənilər Los-Ancelesdə türklərin kafesinə hücum edib, dağıtdılar


Bu gün ABŞ-ın Los-Anceles şəhərində bir qrup erməni türklərə məxsus "İstanbul Kafe"yə hücum edib.
Musavat.com bildirir ki, bu barədə Los-Ancelesdə yaşayan azərbaycanlı prodüser və yazar Sevinc Səfərova öz "Facebook" səhifəsində məlumat yayıb. Məlumatda qeyd olunur:
"Bu gün erməni vandalları Los-Ancelesdə yerləşən "İstanbul Cafe"yə hücum ediblər!
Bir neçə gün öncə zənglərnən hədə-qorxu gəliblər, bu gün isə hücüm çəkib hər yeri dağıdıblar!
Bu terroçuların qarşısını dövlət səviyyəsində almaq lazımdır. Hər bir Türk üçün çox inanılmaz dövran yaşanır! Bu da ABŞ. Məgər demokratiya vandalizm demekdir?! Bunlar bu qədər öz başına hərəkətlər edə bilir! Kütləvi şəkildə bunu bəyan etməli və həllin tapmalıyıq!".
Qeyd edək ki, artıq bir neçə gündür ABŞ-ın Los-Anceles, Kanadanın Toronto, Monreal şəhərlərində ermənilərin azərbaycanlılar və türklərə hücumlar həyata keçirdiyi barədə məlumatlar yayılır.
Xalidə Gəray
Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10