Azərbaycanın apardığı Vətən müharibəsi ölkədə hər kəsin ovqatını müsbət mənada dəyişib. Hər kəs Ordumuza, əsgərlərimizə dəstək məqsədilə əlindən gələni əsirgəmir. Müharibə təkcə cəbhədə deyil, həm də informasiya məkanında gedir. Ona görə də sosial şəbəkələrdə izləyicisi çox olan məşhurlar, müxtəlif peşə sahibləri düşmənin təxribatları ilə bağlı paylaşımlar edir, Qarabağ həqiqətlərini dünyaya çatdırmağa çalışırlar. Lakin bu günlərdə susan, heç bir paylaşım etməyən sənətçilər, məşhurlar da var.
Bu məqamda diqqəti 2.4 milyon izləyicisi olan müğənni Damla çəkir. İfaçı Qarabağ müharibəsi barədə heç bir paylaşım etmir. Tovuz döyüşlərində “Vur, komandir, vur” mahnısını oxuyan müğənninin bu addımı izləyicilərini də təəccübləndirib.
Damla hekayə bölümündə geyim butikinin reklamını edir. Lakin Qarabağla bağlı heç nə paylaşmır. Bu qədər izləyicisi olan, izləyicilərinin əsasını yeniyetmələr və gənclər təşkil edən müğənni niyə susur?
O izləyicilərini itirməkdən qorxur, yoxsa Azərbaycanın itkisini və qələbəsini özününkü saymır? Bəlkə də, müğənni Rusiyada getdiyi saysız-hesabsız toylarını itirməkdən qorxur.
Könül
Musavat.com