Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Alimlər: “80 faizlik etanol koronavirusu 15 saniyəyə məhv edir”


Kyoto Tibb Universitetinin alimləri yeni növ koronavirusun dəri üzərində 6-11 saat aktiv qala biləcəyini müəyyən ediblər.
“Asahi” xəbər verir ki, onlar bu müddətin orta hesabla 9 saat olduğunu bildiriblər.
Bu, normal qripdən təxminən beş dəfə çoxdur.
Onların sözlərinə görə, virus metal və plastik kimi digər səthlərdə bir neçə gün qala bilər. Alimlər qeyd edib ki, koronavirusun dəri üzərində doqquz saat yaşaması onun yoluxma riskini artırır.
Eyni zamanda, bildirilir ki, koronavirus 80 faizlik etanoldan istifadə etməklə 15 saniyədə məhv olur.
Bununla birlikdə, koronavirusun yayılmasının qarşısını almaq üçün əllərin düzgün gigiyenasının vacibliyi də vurğulanır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10